Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar tənqidlərə cavab verdi: Trampın yanında milyarder İlon Mask var, o da oturub, alimlər işləyir

Şərurlu İsfəndiyar tənqidlərə cavab verdi: Trampın yanında milyarder İlon Mask var, o da oturub, alimlər işləyir

Icma.az, Pravda.az saytına istinadən bildirir.

“Şərur MTK”nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) “Otaq 9” layihəsində verdiyi “Mən oturmuşam - çoban. Amma alimlər işləyir, pullar da gəlir” müsahibəsinə görə tənqid edilməsinə münasibət bildirib.

İ.Axundov Pravda.az-a açıqlamasında deyib ki, Amerikada da Trampın yanında milyarder İlon Mask var.

“O da oturub, bütün alimlər işləyir. Dünyada qurub-yaradan, ixtira edən, yol göstərən elə alimlərdir. Alimlər olmasa, təkcə Azərbaycanda yox, dünyada durğunluq olar. Atom bombasına qədər hazırlayıblar. İstənilən iş adamı nə qədər işləsə də, sonda ən savadlı kadrlarla iş birliyi quracaq. Mən idarəetməni bacarıram, onlar da ixtiranı, yenilikləri. Birləşsək, nələrsə əldə edə bilərik. Mən tək, yaza-poza bilmirəm. Nə olsun, idarəetməni bilirəm, həddindən artıq ağlım, düşüncələrim var. Alimlərsiz tək başıma nailiyyətlərim görünməz. Dar ayaqda çağırırsan, savadlılar köməyə gəlir. 12 nəvəm var, hamısını Amerikada oxutmaq istəyirəm. İkisi artıq oxuyub gəlib, biri mənə kömək edir. İnsan ölənə qədər çalışmalıdır. 8 uşaq olmuşuq, məktəbə gedə bilməmişik. O demək deyil ki, ağlımız da yoxdur. Kaş ki, savadım olardı. Müsahibədə bütün həyatımı danışmışam, həmin hissəyə də qulaq assınlar. Ayaqqabı görməmişəm, ayaqyalın gəzmişəm. Çox zülmlərlə bu yerə gəlib çatmışam. Bu günə qədər kənardan heç kim dəstək olmayıb. Ağıllı adam savadlı adamdan istifadə etməlidir. Alimə 5-10 min maaş vermək azdır. Ən güclü alimləri xaricə aparıb milyardlara işlədirlər. Onların başında duranlar kimdir? Stalin haranı bitirmişdi? Orta məktəbi də bitirməmişdi, amma idarə edirdi. Onun düşüncələrini alimlər həyata keçirirdi. Alimlər olmasa, iş adamları bir tərəfə çıxa bilməzlər. Ən çox da mənim kimi məktəbə getməyənlər” – o qeyd edib.

Şərurlu İsfəndiyar Amerika Prezidenti Donald Trampla müqayisə edilməsinə isə belə cavab verib: “Tramp institutut bitirib. Fərqimiz budur. Kaş oxuyardım, savadım olardı, onda bu gün Azərbaycanda yox, dünyada tanınmış bir adam olardım. Birinci sinfə getməyən adam çobanlıqdan bu zirvəyə qalxıbsa, deməli, bu, Allahın verdiyi istedaddır. Biz əslən Ermənistanlıyıq. Qaçqın, evsiz-eşiksiz olmuşuq. Faciələr görmüşük. Buna baxmayaraq, bu yerə gəlib çıxmışam. Allahdan başqa heç kim mənə kömək etməyib”.

O, tikdirdiyi binaların keyfiyyətsiz olması iddiasına, bunun savadsızlığı ilə əlaqələndirilməsinə də cavab verib: “Fövqəladə Hallar Nazirliyi yeni yarananda obyektlərimi yoxladılar. Təsəvvür edin, FHN ən yaxşı işçilərimin bir neçəsini Nazirlikdə tikintini idarə etmək üçün apardı. Mütəxəssislər gəlib tikitinti işlərimi yoxlasınlar. Zəlzələdə də demişdim ki, insanlar qorxmasınlar. İtalyadan ən birinci ölkəyə beton yoxlayan avadanlıqları da mən gətirmişəm. Çünki bir binanın uçması həyatımı məhv edər. Kosmetik baxımdan kiçik nəsə keyfiyyətli olmaya bilər. Ən güclü mütəxəssisləri gətirin, hazıram. Türkiyədə də işləyirəm. Mənim binalarımdan keyfiyyətli bir bina tapılsa, onda həmin gün həyatımı məhv edərəm, onda mənim yaşamağa haqqım olmaz”.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 Aprel 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see145

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see135

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see133

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see131

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see128

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see124

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see123

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see123

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see123

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see122

Almaxanım ana oldu

04 İyul 2025 15:22see121

31 il ötdü...

03 İyul 2025 07:57see118

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see118

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see118

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see118

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see117

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see116

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see115

Meksika millisi KONKAKAF Kubokunun finalına çıxdı

03 İyul 2025 09:32see114

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri