Icma.az
close
up
RU
Şərurlu İsfəndiyardan 5 milyon istəyirlər: Vicdanı olan şəhid ailəsinin aldadar? ÖZƏL

Şərurlu İsfəndiyardan 5 milyon istəyirlər: Vicdanı olan şəhid ailəsinin aldadar? ÖZƏL

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdyimiz kimi, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında məhkəməyə verilib. 

Məlumata görə, məşhur tikinti maqnatından şikayət edən iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur.

E.Səməndərov bir müddət əvvəl həbs edilib. Amma hələ ki, barəsində yekun məhkəmə qərarı yoxdur. 

Səməndərovun vəkili Asim Abbasovun sözlərinə görə, Şərurlu İsfəndiyar müsahibələrindən birində müvəkkilini dələduz kimi təqdim edib. Həmin cümlə konkret olaraq aşağıdakı kimi deyilib:

“Mən sizə deyim ki, “Proqress” MTK-nın rəhbəri Emil insanları, nə qədər adamları aldadıb, hazırda cəzasını çəkir”.

Vəkil hesab edir ki, İ.Axundov bu hərəkəti ilə barəsində qanunu qüvvəyə minmiş hökm olmayan şəxsin şərəf və ləyaqətini alçaltmış olub. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Şikayəti Binəqədi rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev araşdıracaq. İclas aprelin 8-i keçiriləcək.

"Cebheinfo.az" məsələyə aydınlıq gətirmək üçün İsfəndiyar Axundova müraciət edib və onun iddialara münasibətini öyrənib.

Şərurlu İsfəndiyar saytımıza açıqlamasında bildirib ki, E.Səməndərova görə bir çox insan çətin vəziyyətə düşüb:

"Səməndərov hazırda həbsdədir. O, 1200 nəfəri aldadıb, 5 binanı yarımçıq qoyub, 800 nəfəri də aldadaraq, bir evi bir neçə dəfə satıb. Buna görə də ona qarşı cinayət işi açılıb. Hələlik məhkəmə hökmü verilməyib. Hökm oxunmadığına görə deyir ki, heç kəs mənə cinayətkar deyə bilməz. Deyir hələ mənə “maşennik” demək olmaz, qoy hökm qutarsın sonra... 

Onun yarımçıq qoyduğu işi mənə həvalə ediblər və mən tamamlamışam. O aldadılmış insanların hamısını evlə təmin etmişəm. İndi o, mənə adam göndərib ki, sən mənə 5 milyon pul verəcəksən, hələ mənim gələcək planlarım var idi. Yəqin o, daha çox insanı aldatmaq istəyirmiş, amma buna imkan verilmədi. Onlar əlindən çıxdığına görə belə edir. Mən də ona dedim ki, sən dürüst adam deyilsən. Dürüst insan olsaydın, həbsə düşməzdin. 

İnsan az da olsa, vicdanlı olmalıdır. Orda həqiqətən elə ailələr var ki, yaxşı vəziyyətdə deyil. O aldadılmış ailələrin içində qazilər, əlillər, pensiyaçılar var. Siz bütün bu insanları aldatmısınız.  Vicdanınız yoxdur ki, hamısı aldadmısınız". 

Elə insanlar var ki, bu stressə dözməyib, ürəyi partlayıb dünyasını dəyişib. Onlar illərlə qəpik-qəpik yığdıqları pulla ev almağa çalışırdılar. İndi belə adamı onsuz da dövlət bağışlamır. Heç kəs də bağışlamaz”. 

İsfəndiyar Axundov qeyd edib ki, məsələ məhkəmə yolu ilə həll ediləcək:

“O, məndən pul istədiyi üçün mən bu sözləri demişəm. Əslində, o, mənə təşəkkür etməli idi. Çünki o aldadılmış insanları mən yola saldım, onları yerləşdirdim. Dövlət mənə bu işi həvalə etdi. Hələ o, məndən 5 milyon manat tələb edir.
Deyir ki, mən onun şərəf və ləyaqətini alçaltmışam. Şərəfli adam 1200 nəfəri aldadar? Şərəfi və ləyaqəti olan bir insan qaziləri və şəhid ailələrini aldadarmı?

Qoy məhkəməyə versin! Məhkəmə dövlətin qanuni strukturudur. O, şikayət verib, mən də gedib özümü müdafiə edəcəyəm. Vəkillərim də gedəcək. Lazım gəlsə, həmin insanlar da məhkəməyə gələr. Mən çox şərəfli bir iş görmüşəm. Elə bir iş gördüm ki, o insanları vəziyyətdən çıxartdım.  Onlar mənə alqış edirdi. Mən nədən çəkinməliyəm? Olanları deyirəm”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Aprel 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri