Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Şərurlu İsfəndiyarın həbsi tələb olunur Bu gün məhkəməsidir

Şərurlu İsfəndiyarın həbsi tələb olunur Bu gün məhkəməsidir

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün, dekabrın 22-də Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə "Şərur” MTK” sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, İsfəndiyar Axundovu məhkəmə çəkən isə "Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. O, xüsusi ittiham qaydasında verdiyi şikayətində İsfəndiyar Axundovun həbsini tələb edir.

Ötən prosesdə xüsusi ittihamçının vəkili Asim Abbasov məhkəməyə vəsatət verməklə iş üzrə ekspert rəyində "yeyinti” sözü ilə bağlı fikirlərini açıqlayıb. O, Cinayət Məcəlləsinin müvafiq maddələrində əks olunsa da, bu ifadəyə iş üzrə tənqidi hal kimi yanaşıldığını bildirib. Deyib ki, təqdim edilən rəydə "dələduz" sözünə toxunulmayıb. Vəkil ətraflı tədqiqat aparılmamasından narazılığını ifadə edib: "Videoda müəyyən məbləğlər səsləndirilsə də, bu barədə də heç nə qeyd edilməyib. AMEA Dilçilik İnstitutunun direktoru Ramiz Mehdiyev vəzifədə olan zaman təyin edilib. Həmçinin bəzi media resurslarında Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında münasibətin olması ilə bağlı yazılar dərc edilib. Bu da ona əsas verir ki, rəy qərəzlidir. Məhkəmədən rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm”.

Vəkilin sözlərinə İsfəndiyar Axundovan vəkili Ülvi Nəsiblinin reaksiyasi gecikməyib. O, bildirib ki, İsfəndiyar Axundovu Ramiz Mehdiyevlə əlaqələndirmək məsələsinə yumorla yanaşmaq lazımdır: "O zaman Emil Səməndərovu da Ramiz Mehdiyevlə əlaqələndirmək olar. Çünki Emil Səməndərov 1200 vətəndaşın mənzilini bir neçə şəxsə satanda Ramiz Mehdiyev vəzifədə idi. Bu, sadəcə olaraq cəfəngiyyatdır. Ramiz Mehdiyevin bizim işimizə heç bir aidiyyəti yoxdur”.

Təqsirləndirilən şəxsin digər vəkili Şahbaz Kərimli məhkəməyə bildirib ki, sübut mötəbər olmalıdır: "Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında heç bir əlaqə olmayıb. Mötəbər sübut kimi hansısa yazını göstərmək olmaz. Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında əlaqə, maliyyə bölüşməsi heç vaxt olmayıb”.

İsfəndiyar Axundov isə vurğulayıb ki, Ramiz Mehdiyevlə əlaqəsi olanları aidiyyəti qurum ortaya çıxaracaq: "Dövlətimiz tərəfindən bu işdə lazımi şəxslərə qanuni cəza veriləcək. Biz onlardan çox bilmirik".

Vəkil Asim Abbasov xatırladıb ki, mətbuatda dərc edilən yazılar yeni deyil, 2020-ci ildə dərc edilib, həmin zaman Ramiz Mehdiyev vəzifədə idi. Vəkil əlavə edib ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin özü, həm də övladı onlarla - yəni Emil Səməndərov və vəkili ilə danışıqlara getmək və razılaşmaya gəlmək məqsədilə zənglər ediblər. Bununla bağlı səs yazıları da var. Tələbimiz etdiyiniz səhvin etiraf edilməsidir".

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Sənədlərin tədqiqi bitdikdən sonra məhkəmə istintaqı yekunlaşıb.

Vəkil Asim Abbasov çıxış üçün məhkəmədən vaxt istəyib. Xatırladaq ki, İsfəndiyar Axundovu "Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri