Icma.az
close
up
RU
Sərxan Hacıyev: İstanbulda UEFA nın nümayəndəliyinin açılması tərəflərin əməkdaşlığının tərkib hissəsi idi

Sərxan Hacıyev: İstanbulda UEFA nın nümayəndəliyinin açılması tərəflərin əməkdaşlığının tərkib hissəsi idi

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

İstanbulda UEFA-nın nümayəndəliyinin açılması Türkiyədə baş tutacaq nüfuzlu turnirlərlə əlaqədar tərəflərin əməkdaşlığının tərkib hissəsidir.

Fanat.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev UEFA-nın Türkiyədə nümayəndəliyinin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunan tədbirdə iştirakı ilə bağlı deyib.

Qurum rəsmisi UEFA-nın qardaş ölkədə müxtəlif layihələr həyata keçirəcəyini vurğulayıb:

“Türkiyə Futbol Federasiyası tədbirin yüksək səviyyədə təşkil olunması üçün əlindən gələni etmişdi. Bildiyiniz kimi, 2026-cı ildə UEFA Avropa Liqasının, 2027-ci ildə isə UEFA Konfrans Liqasının final oyunu qardaş ölkədə keçiriləcək. Bundan başqa, 2032-ci ildə Avropa çempionatına Türkiyə və İtaliya birgə ev sahibliyi edəcək. Bu nüfuzlu tədbirlərlə bağlı UEFA ilə Türkiyə arasında sıx əməkdaşlıq işləri görüləcək. Həmçinin regionda futbolun inkişafı ilə bağlı UEFA-nın müxtəlif layihələri olacaq. İstanbul nümayəndəliyinin açılması da bunların tərkib hissəsi idi”.

S.Hacıyev tədbirdə UEFA, həmçinin Türkiyə prezidenti ilə yanaşı, bir sıra ölkələrin Futbol Federasiyalarının rəhbərlərinin iştirak etdiyini söyləyib:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndəliyin açılış mərasimində iştirak etdi. O, öz xeyir-duasını verdi, nümayəndəliyə fəaliyyətində uğurlar arzuladı. Həmçinin tədbirdə UEFA prezidenti Aleksander Çeferin və bir sıra Avropa və Asiya Futbol Federasiyalarının rəhbərləri iştirak etdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://fanat.az
archiveBu xəbər 27 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri