Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi Həbs olundu
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“TikTok”da açdığı canlı yayımda cəmiyyətə qarşı açıq hörmətsizlik edən şəxs məsuliyyətə cəlb olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Tovuzda yaşayan Füzuli rayon sakini 50 yaşlı Eldar Rzayevin (ad şərtidir) canlı yayım zamanı nalayiq ifadələr işlətməsi ilə bağlı polis tərəfindən tədbir görülüb.
Məlum olub ki, o, canlı yayıma ağır dərəcəli sərxoş vəziyyətdə çıxıb və cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən qeyri-etik paylaşımlar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək məhkəməyə göndərilib.
Rzayev izahatında etdiyi hərəkətlərdən peşman olduğunu desə də, məhkəmənin qərarına əsasən ona 25 sutka inzibati həbs verilib.
Qeyd edək ki, həbs edilən şəxs “N” saylı hərbi hissədə mühəndis vəzifəsində işləyir.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 02 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















