Sərxoş kişi polisi maşınını yandıracağı ilə hədələdi, sürücülük hüququnun olmadığı ortaya çıxdı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində rayon sakini Vahid Xaspoladov idarə etdiyi VAZ markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Yol Patrul Xidməti (YPX) alayının 8-ci taqımının əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib. Lakin V.Xaspoladov məsuliyyətdən yayınmaq məqsədilə polisə tabesizlik göstərib, avtomobilini yandıracağınə deyərək, süni gərginlik yaratmağa çalışıb.
Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən V.Xaspoladov məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Sərxoş kişi polisi maşınını yandıracağı ilə hədələdi, sürücülük hüququnun olmadığı ortaya çıxdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 17 Yanvar 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















