Icma.az
close
up
RU
Sərxoş kişi qardaşını döydü, evini yandırmaq istədi

Sərxoş kişi qardaşını döydü, evini yandırmaq istədi

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Qusar şəhərində 1974-cü il təvəllüdlü Adil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Şükürə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Adil 7 iyul 2023-cü ildə, saat 19 radələrində Qusar şəhəri, M.Həsrətov küçəsində kafenin qarşısında sərxoş vəziyyətdə tanışı Mahirə sataşaraq onun ünvanına nalayiq ifadələr işlədərək təhqir edib və döyüb. Mahir qeyd olunan məsələ ilə bağlı qardaşı Şükürə məlumat verib. 
Şükür də məsələyə aydınlıq gətirmək üçün həmin gün saat 23 radələrində Adilin yaşadığı evin qarşısında doğma qardaşı Mahirə qarşı etdiyi hərəkətlərə görə öz iradını bildirən zaman onlar əlbəyaxa olub. 
Daha sonra isə Adil yaşadığı evin yataq otağından özünə məxsus qatlanan bıçağı götürüb və Şükürün üstünə hücum edib. Əlindəki bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurub. 
Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, iyulun 7-də səhər o yuxudan oyanıb və sonra kafeni açıb: “Orada mənə və Mahirə məxsus olan balıq olub. Elə olub ki, əmi oğlu işə getməyib, mənə deyiblər ki, balıqları bişirsin yesinlər. Mahir isə gedib. Mən balıqları bişirərək vermişəm. Haradasa saat 14-15 radələrində qayıdaraq gəlib. Mahir mənə yaxınlaşaraq, əmioğlunun ünvanına nalayiq ifadələr söydü, pulunun verilmədiyini dedi. Mən Mahirə söhbəti həll edəcəyimi bildirmişəm. Buna baxmayaraq Mahir söyüşlər söydü. Mən yaxasından tutaraq Mahiri itələdim. Mahir isə üstümə gəldi və yenə yaxamdan tutdu. Mahir sonra oradan getdi. Mən də ondan sonra evə getdim. Saat 18-19 radələrində Mahir gəldi. Mahirə dedim ki, indi piyanam və səhər danışarıq. Ondan getməsini bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra gecə qapının bərkdən döyüldüyünü görüb: “Qapını açmaq istədim. Amma beş və ya on dəqiqə yuxulu olduğum üçün yubandım. Qapını açdıqda Şükür və Mahir mənə hücum elədilər. Bundan sonra aləm qarışdı. Onlar mənə əl atdılar, mənimlə dalaşdılar. Həmin vaxt Şükürün əlində bıçaq gördüm. Amma bıçaq açıq olmayıb. Bıçağın açılmayan tərəfi ilə mənə xəsarət yetirdi. Bundan sonra  gedərək turba götürdüm, lakin trubanı əlimdən kimin aldığını xatırlamamışam. Bundan sonra gedərək bıçaq götürdüm və düşündüm ki, bıçağı görüb qaçarlar. Elə oldu ki, Şükür üstümə gəldiyi üçün onu vurdum. Şükürə bir dənə bıçaq zərbəsi vurmuşam”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Şükürün sözlərinə görə, evdə olduğu zaman qardaşından zəng gəlib: “Qardaşım Adilin içkili olduğunu və onu döydüyünü bildirdi. Həmçinin Adil öz qardaşını döyüb, əlavə evi yandırmaq istəyibdir. Mən maşını işə salaraq Adilin evinə getdim. Kafenin qarşısına getdim, həmin vaxt kafedə Adilin qardaşı başını aşağı salıb oturmuşdu. Ondan soruşdum ki, Adil haradadır. O, evdə olduğunu bildirdi. Evinə yollanıb qapını döydüm. Qapını Adil açdı. Adil çıxan kimi “nə olub yenə qudurmusan” deyə soruşdu. Mənə “zəhəri az iç” deyə iradını bildirdi. 
Zərərçəkmiş qeyd edib ki, bundan sonra Adil evdən balıq ovu üçün olan yabanın turbasını götürərək onun üzərinə gəlib: “Ona görə də xalagilə qaçdım. Adil həm içkili idi, həmdə əlində yaba olub. Bundan sonra özümü qorumaq üçün götürdüyü dəmir parçasını yerə atıb avtomobilə qaçdım. Avtomobili işə salaraq kafenin qarşısından uzaqlaşdım və avtombildən yerə enərək qardaşımı çağırdım. Qardaşıma gəl gedək problem olmasın dedim və həmin vaxt ağrı hiss elədim. Əynimdəki qırmızı köynəyin yavaş-yavaş yuxarı qalxdığını hiss etdim, köynəyini qaldırdıqda bağırsaqlarımın çöldə olduğunu gördüm. Bundan sonra bağırsaqlarımı içəri salaraq həkim çağırılmasını dedim. Həmin vaxt Adil mənə təpik atdı. Lakin mən ona imkan vermədim ki, təpik mənə dəysin. Bundan sonra xalam uşaqları hərəsi bir yandan köməyə gəldilər. Bundan sonra hadisə yerini tərk etdim və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum. Həkim gələnə kimi onun avtomobili ilə məni xəstəxanaya apardılar. Səhəri günü ayılandan gördüm ki, əməliyyat olunmuşam”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Adil 5 il müddətinə azadlıqdan məhrum edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan cinayət əməlinin sübuta yetirilmədiyini əsas gətirib və barəsində olan cinayət təqibinə xitam
verilməsini istəyib. 
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Fevral 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see321

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see271

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see228

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see224

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see221

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see219

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see218

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see214

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see211

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see202

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see199

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see192

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see182

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see178

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see169

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri