Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avqustun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ekoloji nəzarət postunda “Hyundai” markalı, 48-AC-144 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında saxlanılıb.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Abşeron rayonu sakini İsrafil Quliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Quliyevin sürücülük hüququ məhdudlaşdırılmaqla o, 15 sutka müddətində inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 09 Avqust 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















