Icma.az
close
up
RU
Səs küy yaradan şəxslər cərimələnə bilər

Səs küy yaradan şəxslər cərimələnə bilər

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Cəmiyyətdə tez-tez rast gəlinən problemlərdən biri də insanların ictimai yerlərdə və ya yaşayış məntəqələrində yüksək səslə musiqi dinləməsidir. Bəs bu hal müəyyən hüquqi məsuliyyət yarada bilərmi?

Hüquqşünas Ayxan Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, yüksək səslə musiqi dinləmək qanunla qadağandır və buna görə inzibati cərimə tətbiq edilir:

“Musiqi dinləmək hər bir şəxsin mədəni seçimidir və qanunla qadağan olunmur. Lakin musiqiyə yüksək səsdə qulaq asmaq ətraf mühitə və qonşulara ciddi narahatlıq yarada bilər. Azərbaycan qanunvericiliyi ictimai asayişi pozan bu cür hərəkətlərə qarşı inzibati məsuliyyət nəzərdə tutur. İctimai yerlərdə və yaşayış binalarında yüksək səs-küy yaratmaq “xırda xuliqanlıq” kimi qiymətləndirilə bilər. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq halları təsbit olunub. Bu maddəyə görə, ictimai asayişi pozan və başqalarının rahatlığını əngəlləyən şəxslər cərimə edilə bilər. Qanuna əsasən, belə hallarda inzibati cərimə 50 manatdan 100 manata qədər müəyyən edilir. Əgər bu cür davranış təkrar edilərsə, daha ağır cəza tədbirləri tətbiq olunur. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsində “gecə vaxtı sükutun pozulması” ayrıca hüquqi məsuliyyət daşıyır. Saat 23:00-dan səhər 07:00-a qədər yüksək səslə musiqi dinləmək və ya digər səs-küy yaratmaq qadağandır. Bu qaydanı pozan şəxslərə 40 manatdan 80 manata qədər cərimə tətbiq oluna bilər. Təkrar hal baş verərsə, məhkəmə qərarı ilə daha yüksək məbləğdə cərimə və ya digər inzibati tədbir nəzərdə tutulur. Mülki qanunvericiliyə görə də hər bir vətəndaşın mülkiyyət hüququ var, lakin bu hüquq qonşuların normal həyatına mane olmamalıdır. Əgər bir şəxs daimi olaraq yüksək səslə musiqi dinləyirsə, qonşular məhkəməyə müraciət edərək hüquqlarının qorunmasını tələb edə bilərlər. Məhkəmə qərarı ilə həmin şəxsin bu hərəkətlərinə son qoyulması, hətta dəymiş zərərin ödənilməsi də mümkün ola bilər”.

Hüquqşünasın sözlərinə görə, sanitariya normaları da səs-küyün müəyyən həddini müəyyən edir:

“Gündüz vaxtı 55 desibel, gecə vaxtı isə 45 desibeldən artıq səs-küy normativ pozuntu sayılır. Belə hallar aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanları inzibati protokol tərtib edə bilər. Bu isə vətəndaşın maliyyə itkiləri ilə yanaşı, hüquqi məsuliyyət daşımasına səbəb olur. Polis orqanları belə hallara müdaxilə edə, hadisə yerində musiqinin səsini azaltmağı tələb edə bilər. Əgər şəxs bu tələbə əməl etməzsə, o zaman inzibati qaydada məsuliyyət daşıyır. Bu baxımdan, yüksək səsdə musiqiyə qulaq asmaq sadəcə etik məsələ deyil, hüquqi məsuliyyət doğuran hərəkət kimi də qiymətləndirilir. Musiqiyə qulaq asmaq şəxsi hüquqdur, lakin bu hüquq başqalarının azadlıqlarını məhdudlaşdırmamalıdır. Yüksək səslə musiqiyə qulaq asmaq qonşuların dinc yaşamaq hüququnu pozursa, qanun qarşısında məsuliyyət yaradır. Buna görə də vətəndaşlar həm etik qaydalara, həm də mövcud qanunvericiliyə əməl etməli, musiqidən zövq alarkən başqalarının rahatlığını da nəzərə almalıdırlar”.

Ülkər Cəlilzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:513
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Sentyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri