Hamilə məhbus polislərin maşınında qaçdı ABŞ də qeyri adi hadisə
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Nyu-Meksiko ştatında Rebekka Teylor adlı hamilə məhbus tibb müəssisəsindən həbsxanaya aparılarkən xidməti avtomobildə qaçıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” nəşri yerli polisə istinadən məlumat yayıb.
26 yaşlı məhbusun qadın məsləhətxanasında qəbuldan sonra həbsxanaya qayıdarkən avtomobili qaçırdığı bildirilir.
Belə ki, onu həbsxanaya aparan şəxslər yolüstü qəlyanaltı almaq üçün avtomobildən düşüblər. Onların yoxluğundan istifadə edən qadın “Dodge” markalı xidməti avtomobilin sükanı arxasına keçərək naməlum istiqamətdə yoxa çıxıb. Onun arxa oturacaqda oturduğu, hamiləliyinə görə biləklərinə qandal taxılmadığı bildirilir.
Polis həmin qadının bir neçə oğurluq və qarət hadisəsinə görə cəza çəkdiyi barədə məlumat verib.
Maraqlıdır ki, hadisə zamanı onunla birlikdə daha bir məhkum avtomobildə olub. Lakin o, hadisədən əvvəl avtomobildən düşüb. Bundan 1 saat sonra avtomobil hadisə yerindən təxminən 5 km məsafədə aşkar edilsə də, məhbus orada olmayıb. Hazırda onun axtarışları davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 Noyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















