Həyat divarları güzgülərdən ibarət təkadamlıq kameradır... Yucin O
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün amerika yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Yucin O'Nilin anım günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Mən pessimist olmaqdan çox uzağam... Əksinə, yaralarıma baxmayaraq, həyatdan dəlicəsinə zövq alıram.
***
Heç birimiz həyatın başımıza gətirdiklərinə mane ola bilmərik. Onlar sən hələ fərqinə varmadan baş verir və bir dəfə baş verdikdən sonra səni başqa şeylər etməyə məcbur edir, ta ki nəhayət hər şey səninlə olmaq istədiyin insan arasına girənə və sən öz əsl mənliyini əbədi itirənə qədər...
***
Musiqini, ritmi, zərifliyi, nəğməni və gülüşü sevən mən niyə rəqs etməkdən qorxuram? Həyatı, bədənin gözəlliyini, yerin, göyün və dənizin canlı rənglərini sevən mən niyə yaşamaqdan qorxuram? Sevgini sevən mən niyə sevməkdən qorxuram? Niyə dərisiz doğulmuşam, ilahi, toxunmaq və ya toxunulmaq üçün zireh geyinməyə məcburam?
***
İnsan kimi doğulmağım böyük səhv idi, qağayı və ya balıq olsaydım, daha çox uğur qazanardım. Belə olan halda isə mən həmişə özünü heç yerdə evindəki kimi hiss etməyən, əslində heç nə istəməyən və heç kimə lazım olmayan, heç yerə aid ola bilməyən, ölümə azacıq aşiq olmalı olan bir yad kimi qalacağam!
***
Nə indiki zaman var, nə də gələcək - yalnız indi, dönə-dönə təkrarlanan keçmiş var.
***
İstənilən şeyə, istənilən vaxt, istənilən yerdə, istənilən bəhanə ilə qoyulan senzura həmişə axmaqların və dar düşüncəlilərin son çarəsi olub və olacaq.
***
Bu, əla oyundur - xoşbəxtlik ardınca qaçmaq...
***
Cəhənnəmə vasil olsun həqiqət! Dünya tarixinin sübut etdiyi kimi, həqiqətin heç nəyə aidiyyəti yoxdur. Hüquqşünasların dediyi kimi, onun məsələyə dəxli və əhəmiyyəti yoxdur. Sərxoş ya ayıq, bizim kimi bədbəxt dəlilər sürüsünə həyat verən şey məhz xam xəyalların yalanıdır.
***
Həyat - divarları güzgülərdən ibarət təkadamlıq kameradır.
***
Dedin ki, onlar xoşbəxtliyin sirrini tapıblar, çünki sevginin günah ola biləcəyini heç vaxt eşitməyiblər.
***
Elə şeylər var ki, mənə deyilməsinə ehtiyac yoxdur. Mən onları insanların gözlərindən oxuya bilirəm.
***
Bizim yoxsulluğumuzda lənətə gəlmiş heç bir romantika yox idi.
***
Öz-özünə deyəcəksən ki, mən sadəcə yaşamaqdan qorxan, amma ölməkdən daha çox qorxan qoca bir kişiyəm. Ona görə də sərxoş qalıram və nə bahasına olursa-olsun həyatdan yapışıram, nə olsun ki?
***
Sən ləyaqətli olmaqdan da betərsən. Sən fəzilətlisən.
***
Yazmaq mənim yaşamaqdan aldığım məzuniyyətdir.
***
Həyatı dəyərli edən onun faciəsidir. Düşünürəm ki, yaşanmağa layiq olan hər bir həyat hansısa bir arzunu gerçəkləşdirmək cəhdindədir və bu arzu nə qədər ucadırsa, onu gerçəkləşdirmək bir o qədər çətindir. Şübhəsiz ki, hamımızın arzuları olmalıdır. İnsanın arzuları yoxdursa, ölü sayıla bilər. Yeganə uğur uğursuzluqdadır. Kifayət qədər böyük arzusu olan hər bir insan uğursuzluğa düçar olmalıdır və bunu yaşamağın şərtlərindən biri kimi qəbul etməlidir. Əgər o, bir anlıq belə uğur qazandığını düşünərsə, deməli, artıq bitmişdir.
Rus dilindən tərcümə etdi: Sevinc Mürvətqızı
İngiltərə XVI əsrə aid Moğol əlyazmalarının ölkədən çıxarılmasına qadağa qoydu Yazıçılara saxta "Netflix" təklifləri göndərirlər – Ədəbiyyat dünyasında yeni dələduzluq dalğası Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma - Dini təcrübələrlə əlaqələndirildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Noyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















