Səs küydən otura bilmirik Avropa Azərbaycan Məktəbindən NARAZILIQ
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Avropa-Azərbaycan Məktəbinin havalandırma və soyutma sisteminin yaratdığı səs-küy ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.
Bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət daxil olub.
Badamdar qəsəbəsində yaşayan sakinlərin sözlərinə görə, gecə və səhər saatlarında fasiləsiz işləyən havalandırma sistemindən yüksək səslər gəlir. Onlar bildiriblər ki, problemlə bağlı üç ildir məktəb rəhbərliyinə və aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək hər hansı tədbir görülməyib.
"Səhərə qədər yatmaq mümkün deyil. Bu səsə görə yata bilmirik. Nə edək? Buradan köçək? Bu evi almışıq. Bu gecə səhərə qədər oğlum yata bilməyib", - sakinlərdən biri deyib.
Digər sakin isə uzun müddətdir bu problemdən əziyyət çəkdiyini bildirib:
"Altı ildir bu əziyyətlə yaşayırıq. Havalandırma sisteminin səsindən dəfələrlə məktəbə şikayət etmişik. Lakin problem həll olunmayıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Avqust 2026 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















