Icma.az
close
up
RU
Səssiz müttəfiqlər, gizli məqsədlər Yeni toqquşmanın pərdəarxası

Səssiz müttəfiqlər, gizli məqsədlər Yeni toqquşmanın pərdəarxası

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Əslində baş verənlər daha çox Hindistanın hadisələri bu həddə çatdırmaq niyyətindən qaynaqlanır. Burada Hindistanın bir neçə əsas hədəfi var. Məsələyə həm Hindistanın nöqteyi-nəzərindən baxmaq olar, həm də geosiyasi müstəvidə baş verənlər fonunda baxmaq olar”. 

Bu sözləri Ölkə.az-a açıqlamasında politoloq Asif Nərimanlı Hindistan və Pakistan arasında baş verən son hadisələri şərh edərkən deyib. 

Onun fikrincə, Hindistanın əsas hədəfi təbii ki, Kəşmirdə daha çox üstünlük əldə etməkdir:

“Bu, ən çox ölkənin baş naziri Narendra Modi hakimiyyətinin yanaşmasından qaynaqlanır. Modi ümumiyyətlə əvvəldən Pakistana qarşı təcrid siyasətini yürüdür. Son olaraq Modinin əsas istəklərindən biri daxildə öz gücünü qoruyub saxlamaqdır. Çünki son seçkilərdə Modi baş nazir seçilsə də reytinqləri aşağı düşdü və tam üstünlük əldə edə bilmədiyi üçün koalisiya hökuməti yaratdı. Bunun əsas səbəblərindən biri kimi 2019-cu ildə Kəşmirdə baş verən hadisələr göstərilir. Yəni Modi 2019-cu ildə Pakistana lazımi cavab verməməkdə ittiham edilir. Modi indiki halda baş verən terror aktından istifadə edərək Kəşmirdə həm də 2019-cu ildə buraxdığı səhvi düzəltmək, o cümlədən xarici düşmən obrazını gücləndirmək və təhlükəsizlik amilinin ön plana çıxarmaqla daxildəki mövqelərini qorumaq istəyir”. 

Politoloqun sözlərinə görə, Amerikanın da burada maraqları var:

“Çünki Pakistan-Hindistan qarşıdurması hər şeydən öncə Amerikanın Çinə qarşı mübarizəsinə sərf edir. Belə bir qarşıdurma Çin sərhədləri yaxınlığında eskalasiyanın yaranması ilə nəticələnir. Nəzərə almaq lazımdır ki, Pakistan Çinin əsas müttəfiqidir, bu isə Çinin də münaqişəyə cəlb edilməsinə gətirib çıxara bilər. Hansı ki, Çin bu proseslərdə maraqlı deyil, həm sərhədlər yaxınlığında eskalasiyanın baş verməsinə, həm də müttəfiqi olan Pakistanın belə bir müharibəyə qoşulmasına maraqlı deyil. Çünki belə bir müharibənin baş verməsi, Çinin “Bir kəmər, bir yol” layihəsinə də, o cümlədən iqtisadi inkişaf planlarına zərər vurur. 

Bu kontekstdə baxdıqda hesab edirəm ki, Hindistanın Pakistana hücumu, baş verənlər, Amerikanın Çinə qarşı mübarizə strategiyasının tərkib hissəsi kimi görünür. Tramp administrasiyası da bu məsələdə maraqlı tərəfdir.
Hesab edirəm ki, burada Hindistan və Modi hökumətinin, Tramp administrasiyasının ortaq addımları var. Təbii ki, Amerika daha çox arxa planda qalaraq proseslərə nəzarət etmək istəyir”.

A.Nərimanlı onu da qeyd etdi ki, baş verən döyüşlərin nəticəsi göstərdi ki, Modi heç də istədiyi qələbəni əldə edə bilmədi:

“Çünki Pakistanın verdiyi adekvat cavabı, xüsusən Hindistan təyyarələrinin vurulması Hindistanın burada lazım olan kiçik qələbəni əldə edə bilməməsi deməkdir. Təbii ki, bu cür münaqişənin böyük müharibəyə gətirib çıxaracağı ehtimalı zəifdir. Çünki hər iki ölkə nüvə dövlətidir və hadisələrin daha da şiddətlənməsi proseslərin nəzarətdən çıxma riskini, o cümlədən nüvə təhlükəsizlik riskini artırır. 

Ona görə hər iki tərəf, hərbi toqquşma olsa belə, nəzarət etməyə çalışır. O cümlədən beynəlxalq güclər də bu hadisələrin nəzarətdən çıxmasını istəmir. Bu səbəbdən daha çox ehtiyatlı bir mövqe sərgiləyirlər. 

Hesab edirəm ki, bundan sonrakı dövrlərdə belə tam şiddətli böyük müharibəyə gətirib çıxarmasa da bu cür qarşılıqlı zərbələrin endirilməsi ola bilər. Amma bu proseslərin daha çox siyasi müstəvidə təsirləri olacaq. Hindistan və Pakistanın uzun illər öncə əldə etdikləri razılaşmalar var idi. Onları da pozdu. Xüsusən su məsələsi ilə bağlı olan razılaşmalar da pozuldu. Bu məsələlərin yenidən masada müzakirə edilib, razılaşdırılması heç də asan olmayacaq. Bu isə qarşıdurmanın ritorik və psixoloji müstəvidə kəskinləşəcəyi deməkdir. Təbii ki, eskalasiya riskinin daim gündəmdə olması Cənub Şərqi Asiyada həm siyasi, həm iqtisadi baxımdan da olsa, sabitliyin pozulması deməkdir. 

Bu pozulacağı təqdirdə  bölgədə Amerika və Çin arasında gedən mübarizəyə də təsir edəcək. Çünki Amerikanın əsas tərəflərindən biri Cənub Şərqi Asiyada Çinə qarşı yeni koalisiyanın yaradılmasıdır. Çin də buna qarşı adekvat addımlar atır. Xüsusən son vaxtlar Çin liderinin region ölkələrinə səfərləri də bundan qaynaqlanır”.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 May 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri