Icma.az
close
up
RU
Səssiz Sevginin xoşbəxt ağrıları...

Səssiz Sevginin xoşbəxt ağrıları...

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Əbülfəz Elçibəyin ruhuna sayğılarlaFilosof yazıçı Jan Pol Sartra görə, həyat üç mərhələdən keçir: əvvəl elə bilirsən, sən bütün dünyanı dəyişəcəksən. Görürsən, yox, əksinə dünya səni dəyişdi. Sonda başa düşürsən ki, dünyanı dəyişmək mümkün deyil.

Elə insanlar var, dünyanı dəyişmək istəyir. Ancaq dünya neynəsə də, bu insanı dəyişə bilmir. Üstəlik dünyanı dəyişməyin mümkünsüzlüyünə bu insanı inandırmaq o qədər mümkünsüzdür ki!

O da dünyanı dəyişmək istədi, ancaq dünyasını dəyişdi. Tam iyirmi beş ildir, aramızdan ayrılıb. Ancaq adının ruhsal enerjisi, qoyub getdiyi əməlləri, şəxsi və ictimai profili - özündən sonra belə şəxsiyyətinin tükənməz gücü dünyanı işıqlandırır, rəngləndirir.

Nə gizlədim, onu çox tənqid etmişəm. Aramızdakı energetik bağ bayağı tərifə yox, xeyirxah tənqidə söykənirdi. O, sağlam tənqidin yaradıcı gücünə inanan və yararlana bilən tək insan idi bəlkə də. Ya da bu ölkədə tək-tük belə insanlardan biri olub.

Öz "siyasi hicrətindən" Bakıya dönəndən sonra onunla ilk qarşılaşdığımızda belə bir qısa dialiq olmuşdu aramızda. O sualdan çox xoş qınaq tərzində soruşmuşdu: "Niyə heç yanıma gəlmədin?!" Mən isə qarşılığında: "Bəs Siz niyə getmişdiniz, Bəy?!" demişdim.

Bu da sualdan çox sual idi.

Heç nə demədi. Gülümsədi, əlini çiynimə vurub, razılıqla başını yellədi və keçib getdi.

Mən onu həmişə bu təbəssümlə xatırlayacam. Çünki o təbəssüm o gün çox şey ifadə etmişdi: o da mənə verdiyi sualın cavabını bilirdi, mən də ona verdiyim sualın cavabını bilirdim. Hər zaman deyirəm ha, elə suallar var, cavabsız da gözəldir. Bizimkilər isə, yox, gözəl suallar deyildi, ancaq cavabsız da aydındı.

O demişdi: "Bəzi sirrlər mənimlə məzara gedəcək".

Yox, bu, məcazi deyim idi. Diqqətlə baxsaq, o, heç bir sirri özü ilə aparmayıb. Hamısını göz qabağında -hamımızın görə biləcəyi yerdə "gizlədib" gedib. Onun "sirr" dediklərinin hamısı əslində hamının açıq-aşkar görə bildiyi və çoxdan bildiyo aydın "gizlinlər" idi.

Bilirsiniz, bəlkə xırda-para qırğınlıqlarımız, umu-küsülərimiz ola bilər. Bəlkə hansısa məqamlara görəsə özümüzü incinmiş hiss edə bilərik. Amma umduğumuz qədər küsmüşük, nə az, nə çox. İstənilən halda onu çox sevmişik; dərin və səssiz bir sevgi ilə. Ən azı mən belə sevmişəm. Sevərək ummuşam, umaraq "küsmüşəm". Təbii ki, şəxsi deyil, ictimai planda. Həmişə belə düşünmüşəm və indi də o fikirdəyəm: o, etdiklərindən və çatdırıb edə bilmədiklərindən daha çoxuna qadir idi. Bəlkə siyasi burulğanlar, ictimai qasırğalar fürsət vermədi. Bir də canının ağrıları və Əcəl. Ancaq o, mənə həmişə göründüyüdən də böyük görünüb. Böyük adamların uğurları da, qüsurları da böyük görünür həmişə.

Dedim axı: bayağı, ifrat tərifi də sevməzdi, elə haqsız, qərəzli təbqidi də. O istəmişdi, onu olduğu kimi görə bilək və o cür də sevək, ya sevməyək.

Onun şəxsiyyət profili hamı kimi deyildi ki, biz də onu hamı kimi sevək. Olduğu kimi görünən bir kəsi olduğu kimi dəsevəcəksən, elə deyilmi?! Bu, quru, candərdi siyasi rəğbətdən, göstəriş xətrinə göstərilən ictimai hörmətdən çox yuxarıda bir duyğudur. Sevginin də canı var axı. Rəngi-ruhu var. Ağrıyan yeri də var, əlbət.

Sevdiyimiz insanı bəzən köksümüzə elə sıxırıq, o, bundan xoş ağrı hiss edir. Bəyin sevgisindən də ağrıdığımız məqamlar, göynəyən nöqtələrimiz olub. İllah da iyirmi beş il əvvəl ona ehtiyacımız olduğu bir zamanda çıxıb bu dünyadan getməsi bizi ayrı cür göynədir. Lap iliyimizə işləyən bir göynərtidir bu; yaşamayan bilməz. Bu ağrı ilə də ayrıca xoşbəxtik; nə yaxşı ki həyatımızdan keçdi bu İnsan!

Həyatımızdan keçdi. Ancaq nə yaxşı ki keçib getmədi...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri