Icma.az
close
up
RU
Səssiz xəstəlik: Səhər baş ağrısı ilə oyananlar diqqət etsin

Səssiz xəstəlik: Səhər baş ağrısı ilə oyananlar diqqət etsin

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Hipertoniya əksər hallarda heç bir əlamət vermədən, gizli şəkildə irəliləyən bir xəstəlikdir. Mütəxəssislər bildirir ki, orqanizmdə müşahidə olunan bəzi siqnallar hipertoniya üçün erkən xəbərdarlıq əlaməti ola bilər və müntəzəm təzyiq ölçümü erkən diaqnoz baxımından ən asan, ən sürətli və ən effektiv üsuldur. Bəs hansı əlamətlər hipertoniyaya işarə edə bilər?

Qaynarinfo xəbər verir ki, kardiologiya üzrə mütəxəssis Dr. Pelin Pınar əksər hallarda heç bir əlamət göstərmədən inkişaf edən hipertoniyada erkən diaqnoz üçün müntəzəm təzyiq ölçümünün ən sadə və ən təsirli yol olduğunu bildirib. O, hipertoniyanın yalnız yaşlı insanların xəstəliyi kimi qəbul edilməsinin yanlış olduğunu vurğulayıb.

Həyat tərzi, stress, qidalanma vərdişləri və genetik amillər səbəbindən gənc yaşlarda da yüksək təzyiqin yarana biləcəyinə diqqət çəkən Pınar deyib: "Bu səbəbdən cəmiyyətin bütün təbəqələrinin müntəzəm nəzarətdən keçməsi böyük əhəmiyyət daşıyır".

Pınar bildirib ki, hipertoniyanın gizli şəkildə irəliləməsi gündəlik həyatda hiss edilən bir çox şikayətlə asanlıqla qarışdırıla bilər. Xüsusilə səhərlər yaranan baş ağrıları, ensə nahiyəsində təzyiq hissi və boyun sərtliyi yüksək təzyiqin ilk xəbərdaredici əlamətlərindən biri ola bilər.

Bu şikayətlərin yüngül qəbul edilməməli olduğunu vurğulayan Pınar sözlərinə belə davam edib: "Ürəkdöyünmə hissi, pilləkən çıxarkən və ya yüngül fiziki gərginlik zamanı yaranan nəfəs darlığı, gün boyu davam edən səbəbsiz yorğunluq hipertoniyanın özünü göstərdiyi məqamlardandır. Lakin xəstələrin böyük əksəriyyəti bu əlamətləri gündəlik stress və ya mövsümi yorğunluq kimi dəyərləndirir. Halbuki təzyiq yüksəldikdə ürək və damar sistemi ciddi yük altına düşür və bu proses vaxtında aşkar edilmədikdə geri dönməsi çətin olan zədələnmələrə səbəb ola bilər".

Görmənin bulanıqlaşması, qəfil qaralma və işıq çaxmaları kimi gözlə bağlı əlamətlərin də yüksək təzyiqə işarə edə biləcəyini bildirən Pınar, bunun göz damarlarında yaranan təzyiqdən qaynaqlandığını deyib. O, həmçinin tez-tez təkrarlanan burun qanamaları və qulaqda küyün, xüsusilə stressli və gərgin günlərdən sonra təzyiq yüksəlmələri ilə müşayiət olunan mühüm xəbərdarlıq əlamətləri olduğunu vurğulayıb.

Hipertoniyaya aid şikayətlərin hər zaman aydın şəkildə özünü göstərmədiyini qeyd edən Pınar, müntəzəm təzyiq ölçümünün erkən diaqnoz baxımından ən asan, ən sürətli və ən effektiv üsul olduğunu bir daha diqqətə çatdırıb.

Ailəsində hipertoniyaya dair anamnezi olan, artıq çəkili, siqaret istifadə edən, duzlu qidalanan və ya xroniki xəstəliyi mövcud olan şəxslərin daha tez-tez müayinədən keçməli olduğunu bildirən Pınar deyib: "18 yaşdan yuxarı hər bir fərdin ildə ən azı bir dəfə təzyiqini ölçdürməsi, risk qrupunda olanların isə həkimin tövsiyə etdiyi intervallarla nəzarətdə saxlanılması mütləqdir".

Müalicədə dərman istifadəsi ilə yanaşı həyat tərzi dəyişikliklərinin də zəruri olduğunu bildirən Pınar, duz qəbulunun azaldılması, müntəzəm fiziki aktivlik, sağlam qidalanma, siqaretin tərgidilməsi və ideal çəkinin qorunmasının müalicənin əsas sütunları olduğunu vurğulayıb.

Pınar əlavə edib ki, erkən mərhələdə aşkarlanan hipertoniyanı düzgün müalicə ilə tam nəzarət altına almaq mümkündür: "Xəstələr müalicəyə əməl etdikdə həm həyat keyfiyyətində, həm də orqan funksiyalarında nəzərəçarpacaq yaxşılaşma müşahidə olunur. Əsas məsələ əlamətləri yüngül qəbul etməmək və vaxtında müraciət etməkdir".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri