Səhər baş ağrısı ilə oyanırsınızsa, səbəbi budur
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Həkim Ranj Sinqh səhərlər baş ağrısı, yorğunluq və halsızlıqla oyanmağın mümkün səbəblərindən birinin yuxu zamanı dişləri qıcamaq – bruksizm olduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Daily Mirror” nəşrinin məlumatına görə, mütəxəssis bildirib ki, bu vəziyyət xüsusilə stress, narahatlıq, maliyyə problemləri və soyuq hava səbəbindən yaranan əzələ gərginliyi ilə daha da ağırlaşa bilər.
Həkimin sözlərinə görə, yuxu zamanı çənənin sıxılması və baş nahiyəsinə qədər uzanan əzələlərin gərginləşməsi baş ağrılarına səbəb olur.
Ranj Sinqh bruksizmin digər əlamətlərinin də olduğunu bildirib. Bunlara dişlərin və plombların zədələnməsi, yanaqların və dilin daxili səthində diş izlərinin yaranması, çənə ağrısı, eləcə də yuxu zamanı eşidilən xarakterik diş qıcama səsi daxildir.
Mütəxəssis bruksizmdən şübhələnən şəxsləri həkimə müraciət etməyə çağırıb. Onun sözlərinə görə, problemə laqeyd yanaşmaq temporomandibulyar oynağın zədələnməsinə gətirib çıxara bilər. Bu zaman çənədə, qulaqda və gicgahlarda ağrı, çənəni hərəkət etdirərkən çırtlama səsi, ağzı açmaqda çətinlik və müvəqqəti çənə kilidlənməsi müşahidə oluna bilər.
Murad İsmayıl
Baxış sayı:37
Bu xəbər 20 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















