Icma.az
close
up
RU
Azərbaycanın qlobal körpüləri: ŞƏT üzvlüyünə doğru yol

Azərbaycanın qlobal körpüləri: ŞƏT üzvlüyünə doğru yol

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycan son illərdə xarici siyasətində balanslı və məqsədyönlü yanaşmasını davam etdirərək beynəlxalq arenada öz mövqelərini gücləndirir. Ölkə həm Qərb, həm də Şərq ölkələri ilə sıx əməkdaşlıq qurur, enerji təhlükəsizliyi, regional stabillik və nəqliyyat-logistika sahələrində etibarlı tərəfdaş kimi tanınır. Bu siyasət Azərbaycanın strateji layihələrdə fəal iştirakını və qlobal ticarət dəhlizlərində rolu artırır, onu regionda və dünyada əhəmiyyətli oyunçulardan birinə çevirir.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri də bu kontekstdə diqqət mərkəzindədir. Ölkə uzun illərdir təşkilatın fəaliyyətində iştirak edir və strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirir. Eyni zamanda, Orta Dəhliz, Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri Azərbaycanın qlobal iqtisadi və logistik əhəmiyyətini artırır, onu Avrasiyanın əsas nəqliyyat-hubuna çevirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Naqif Həmzəyev bildirib ki, Azərbaycan yaxın sammitlərdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olma istiqamətində mühüm addımlar atmağı planlaşdırır. Ölkə genişmiqyaslı geosiyasi dəyişikliklər fonunda balanslı və məqsədyönlü xarici siyasətini davam etdirir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və enerji, logistika, regional təhlükəsizlik sahələrində etibarlı tərəfdaş kimi qəbul olunur:

"Azərbaycan həm Qərb, həm də Şərq ölkələri ilə əlaqələrini inkişaf etdirir, qlobal nəqliyyat və ticarət şəbəkələrində fəal iştirak edir. Orta Dəhlizin inkişafı, limanlara yatırılan sərmayələr və logistika mərkəzlərinin icarəsi ölkəni Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq yükdaşımalarındakı rolu daha da artacaq".

Naqif Həmzəyev: Beynəlxalq səviyyədə Azərbaycanın ŞƏT-ə üzvlüyü məsələsi bəzi çətinliklərlə üzləşir

Onun sözlərinə görə, ölkə həmçinin Çinlə strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirir, ticarət dövriyyəsi son bir ildə 1,5 dəfə artıb, vizaların ləğvi turizmin canlanmasına imkan yaradıb və qarşılıqlı iqtisadi, biznes və turizm əlaqələrini gücləndirib:

"Beynəlxalq səviyyədə Azərbaycanın ŞƏT-ə üzvlüyü məsələsi bəzi çətinliklərlə üzləşir, əsas maneə Hindistan tərəfindən yaradılır. Hindistan Azərbaycan-Pakistan münasibətlərindən narazıdır və həmçinin alternativ nəqliyyat layihələri ilə Orta Dəhlizə rəqabət göstərmək istəyir. Lakin aparıcı ŞƏT üzvlərinin təsiri ilə bu süni maneələrin aradan qaldırılması və Azərbaycanın tamhüquqlu üzv statusunun əldə olunması gözlənilir".

Deputat qeyd edib ki, Azərbaycan həm Şərq, həm Qərb ölkələri ilə əlaqələrini qoruyur, Avropanın enerji təhlükəsizliyinə töhfə verir, ABŞ-la dialoqu inkişaf etdirir və Ermənistanla münasibətlərin normallaşdırılması və sülh prosesində fəal rol oynayır. Ölkə terrorizm və separatizmə qarşı təcrübəsini regional sabitliyin təmin edilməsi məqsədilə beynəlxalq platformalarda paylaşmağa hazırdır.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri