Icma.az
close
up
RU
Azərbaycanın ŞƏT lə əməkdaşlığı yeni regional imkanlar açır ŞƏRH

Azərbaycanın ŞƏT lə əməkdaşlığı yeni regional imkanlar açır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 31 avqust, AZƏRTAC

Hələ 10-15 il əvvəl Çinin “Bir kəmər - bir yol” təşəbbüsünün siyasi təqdimatı kimi dəyərləndirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) əsas məqsədi, ticarət-iqtisadi, nəqliyyat, logistika və enerji əlaqələrinin gücləndirilməsi vasitəsilə Çin və Mərkəzi Asiya regionunda sülhü və sabitliyi təmin etmək idi. Təşkilat iştirakçı ölkələr arasında etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsini, eləcə də siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafını hədəf seçmişdi. Terrorizm, ekstremizm, silahlı separatizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə isə regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edirdi. Eyni zamanda, iştirakçı dövlətlər bu təşəbbüsləri milli maraqlarını qorumaq, müstəqil inkişaf yolu seçmək və özünəməxsus idarəetmə modellərini formalaşdırmaq üçün dəstək kimi görürdülər.

Bunu AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva bildirib.

O bildirib ki, daha çox ticari əlaqələri özündə ehtiva edən Şanxay Əməkdaşlıq Təşkilatı, həmçinin aid olduğu bölgədə regional təhlükəsizlik, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirləri çərçivəsində daha dərin əməkdaşlıq nəzərdə tuturdu. Sülhün və stabilliyin vacib təməlləri kimi bu sahələrdə qarşılıqlı əməkdaşlıq, nəqliyyat və enerji infrastrukturlarının inkişafı, iştirakçı ölkələr arasında kiber çağırışlar və rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığı gücləndirirdi.

“Azərbaycan haqqında danışarkən qeyd etmək lazımdır ki, Qara dəniz və Xəzər dənizi arasında yerləşən, həmçinin Xəzər və Mərkəzi Asiyanın enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayan ölkə kimi Azərbaycan ŞƏT-in fəaliyyətə başladığı ilk dövrlərdən diqqətini cəlb edib. Hazırda rəsmi statusu “dialoq tərəfdaşı” olan Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. Dialoq formatı isə yalnız mövcud qarşılıqlı əlaqələr çərçivəsində deyil, həm də ŞƏT-in məqsədlərində nəzərdə tutulan istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi üçün əlavə imkan yaradır”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ŞƏT-in iclas və forumlarında fəal iştirak edir, təşkilatın fəaliyyətinə və qərarların müzakirəsinə töhfə verir. Ölkəmiz siyasi, iqtisadi və humanitar əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirir, həmçinin terrorizm və narkotik ticarəti ilə mübarizə kimi təhlükəsizlik təşəbbüslərində iştirak edir. Dialoq formatı əsasən mövcud əməkdaşlığın gücləndirilməsinə xidmət etsə də, onun hədəfi siyasi, iqtisadi və humanitar tərəfdaşlığın daha da inkişafı üçün möhkəm zəmin yaratmaqdır.

Yeganə Hacıyeva vurğulayıb ki, Çin və digər üzv ölkələr Azərbaycanın ən azı ŞƏT-də müşahidəçi, hətta gələcəkdə tamhüquqlu üzv qismində iştirakı ideyasını dəstəkləyirlər. Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, regionun strateji nəqliyyat layihələrinin açar ölkəsi olan Azərbaycanın təşkilatda müşahidəçi statusu ilə təmsil olunması ŞƏT üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, Azərbaycanın “Bir kəmər - bir yol” layihəsinin strateji halqası kimi mövqeyini gücləndirir və Çinin qitələrarası nüfuzunun artması baxımından ölkəmizi daha da cazibədar edir.

“Azərbaycanın ŞƏT-də müşahidəçi və ya tamhüquqlu üzv qismində təmsil olunması əslində bizim ölkədən daha çox Çinin maraqlarına cavab verir. Azərbaycan üçün isə ŞƏT üzv dövlətləri, xüsusilə Mərkəzi Asiya ölkələri yeni bazarlara çıxış baxımından diqqətəlayiqdir. Bu tərəfdaşlıq ölkəmizə Mərkəzi Asiya ölkələri ilə daha sıx enerji əməkdaşlığı qurmaqla yanaşı, qeyri-neft sektorunda da birgə regional layihələri həyata keçirmək imkanı yaradır”, - deyən Mətbuat Şurasının İdarə Heyətinin üzvü fikirlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri