Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Nazirliyinin nümayəndəsi Azərbaycan Milli Kitabxanasının qonağı olub
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
18 aprel tarixində Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Nazirliyi ədəbiyyat, nəşriyyat və tərcümə komissiyasının nümayəndəsi Əhməd Tabaji Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Qonağı Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.
Söhbət zamanı iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, qarşılıqlı əlaqələrinin qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən bəhs olunub.
Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olan qonaq kitabxananı çox bəyəndiyini söyləyib.
Sonda direktor prof. Kərim Tahirov qonağa Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Salam Azərbaycan”, Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” kitablarını və Azərbaycan xəritəsini hədiyyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















