Səudiyyə Ərəbistanı təsdiqlədi: ABŞ Ukrayna görüşü Ciddədə baş tutacaq
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna münaqişəsi üzrə görüş gələn həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyi "X" hesabında məlumat verib.
"Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı adından ABŞ və Ukrayna arasında planlaşdırılan görüşün keçirilməsini alqışlayır", - deyə nazirliyin paylaşımında bildirilib.
Qeyd edək ki, martın 6-da ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff görüşün gələn həftə baş tutacağını və görüş iştirakçılarının diqqətlərini ilkin atəşkəsin əldə edilməsinə nail olmaq və Rusiya ilə Ukrayna arasında sülh sazişinin təməlinin qoyulmasına yönəldəcəklərini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:Ciddədə Ukrayna ABŞ görüşü başlayıb
11 Mart 2025 14:32
Ukrayna ABŞ ilə Ciddədə keçiriləcək görüşü müzakirə etdi
07 Mart 2025 23:02
Tramp Ciddədə baş tutacaq ABŞ Ukrayna görüşünün yaxşı nəticələnəcəyinə ümid edir
10 Mart 2025 06:53
Ciddədə ABŞ Ukrayna danışıqları başladı VİDEO
11 Mart 2025 13:14
Səudiyyə Ərəbistanı klubuna keçəcək
25 Mart 2025 11:22
Baxış sayı:115
Bu xəbər 08 Mart 2025 03:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















