Səudiyyə Ərəbistanında bəzi turizm məkanlarında alkoqollu içkilərin istifadəsinə icazə veriləcək
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Qahirə, 25 may, AZƏRTAC
2026-cı ildən Səudiyyə Ərəbistanı Krallığında 600 turizm məkanında alkoqollu içkilərin istehlakına icazə veriləcək.
AZƏRTAC “travelandtourworld” saytına istinadla xəbər verir ki, siyahısı qabaqcadan müəyyənləşdirilmiş turizm obyektlərində məhdud miqdarda alkoqol – pivə və şərab istehlakı mümkün olacaq.
Saytın məlumatına görə, icazə beşulduzlu hotellərin və kurortların, xarici markalarla tərəfdaşlıq edən icazəli turizm kəndlərinin daxilində tətbiq olunacaq.
İctimai yerlərdə, pərakəndə satış məkanlarında, vətəndaşların evlərində alkoqol satışı və istifadəsi qadağan olaraq qalacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı “2030-cu il: Gələcəyə baxış” proqramı çərçivəsində turizmin ÜDM-də payını 10 faizə çatdırmağı və ildə 100 milyon turisti cəlb etməyi planlaşdırır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:106
Bu xəbər 25 May 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















