Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən universitetlər ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən universitetlər ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universitetində (BDU) Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

BDU-dan 525.az-a bildirilib ki, görüşdə rektor Elçin Babayev ölkəmizin ərəb dövlətləri ilə uğurlu əməkdaşlıq, dostluq münasibətlərinə malik olduğunu qeyd edib. O bildirib ki, ərəb ölkələri ilə əlaqələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan və ərəb dövlətləri beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir.

Rektor Şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisi, bu sahədə qazanılan uğurlar barədə məlumat verib. O, BDU-nun digər sahələr üzrə də əməkdaşlığa açıq olduğunu bildirib, ərəb ölkələrinin universitetləri ilə memorandumların imzalanması, ikili diplom proqramlarının hazırlanmasının əhəmiyyətindən söhbət açıb.

Səfir İssam bin Saleh əl-Cuteyli Azərbaycanla Səudiyyə Ərəbistanı arasında elm, təhsil sahəsindəki əməkdaşlığın ikitərəfli əlaqələrə böyük töhfə verdiyini vurğulayıb. Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən ali təhsil müəssisələri ilə BDU arasında əlaqələrin yaradılmasının hər iki universitet üçün geniş perspektivlər aça biləcəyini qeyd edib.

Görüşdə Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən universitetlərlə BDU arasında əlaqələrin yaradılması, memorandumların imzalanması, ikili diplom proqramlarının, tələbə-müəllim mübadiləsinin təşkili ilə bağlı müzakirələr aparılıb, ortaq layihələrin həyata keçirilməsinə dair təkliflər irəli sürülüb.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Aprel 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri