Icma.az
close
up
RU
Seul tarif razılaşması üçün ABŞ a 100 milyard dollarlıq investisiya təklif edəcək

Seul tarif razılaşması üçün ABŞ a 100 milyard dollarlıq investisiya təklif edəcək

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Koreyanın ABŞ-la davam edən tarif danışıqları çərçivəsində Asiya ölkəsinin 100 milyard dollar sərmayə qoymağı təklif edəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda Vaşinqtonda səfərdə olan Cənubi Koreyanın ticarət heyəti bu təklifi iyulun 24-nə planlaşdırılan “2+2” formatındakı görüşdə vermək niyyətində idi. Lakin ABŞ maliyyə naziri Skot Besentin təcili işi ilə əlaqədar həmin görüş ləğv edilib. Təklif olunan investisiya paketinə “Samsung”, “SK Group”, “Hyundai Motor” “LG Group” da daxil olmaqla, Cənubi Koreyanın böyük konqlomeratlarının potensial öhdəlikləri daxildir.

Cənubi Koreyanın Maliyyə Nazirliyinin məlumatına görə, təxirə salınan görüşdə ABŞ tərəfdən Skot Besentlə yanaşı ticarət nümayəndəsi Ceymison Qrir, onların cənubi koreyalı həmkarları - maliyyə naziri Koo Yun-çeol və ticarət naziri Yeo Han-koo bir araya gəlməli idi. Koreya tərəfi hazırda Vaşinqtonda amerikalı həmkarları ilə görüşün yeni vaxtını gözləyirlər.

Qeyd edək ki, tarif razılaşması üçün ABŞ-a oxşar təklfi Yaponiyada da irəli sürüb. İyulun 23-də Prezident Donald Tramp Yaponiya mallarına əvvəllər elan edilmiş 25 faizlik idxal rüsumlarını 15 faizə endirmək üçün ticarət razılaşması əldə etdiyini bildirib. Bunun müqabilində Tokio əsas sənayelərin yenidən qurulmasına və genişləndirilməsinə kömək etmək üçün ABŞ-a 550 milyard dollar sərmayə qoymağı, eyni zamanda özünün avtomobil və kənd təsərrüfatı bazarlarını ABŞ üçün daha da açmağa razılıq verib.

Tramp administrasiyasının geniş tarif siyasətinə cavab olaraq bir çox Cənubi Koreya şirkəti də ABŞ-da əlavə investisiya imkanlarını araşdırır. “Hyundai Motor” 2028-ci ilə qədər ABŞ-a 21 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. “Samsung Electronics” və “SK hynix Inc” də müvafiq olaraq ən azı 37 milyard və 3,87 milyard dollar dəyərində investisiya planını nəzərdən keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri