Icma.az
close
up
RU
Sevgililər kitabı unutdurdular: Nizamlı yaşamaq istəyirlərsə...

Sevgililər kitabı unutdurdular: Nizamlı yaşamaq istəyirlərsə...

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Dünyanın müxtəlif ölkələrində 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü (International Book Giving Day) kimi qeyd olunur. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara Kitab Vermə Günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral Dövlətlərarası Kitab Bağışlama Günü olaraq qeyd olunmağa başlayıb. 

Eyni zamanda bu gün həm də "sevgililər günü" kimi də qeyd olunur. Günün sevgililər tərəfi o qədər qabarıqdır ki, kitab günü haqda danışılmır.

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Ölkə.az-a açıqlamasında bildirib ki, sevginin insan həyatında çox danışılması vacibdir. 

Onun sözlərinə görə, amma nə qədər çox Kitab günü qeyd olunsa, bir o qədər yaxşıdır. 

"Bugünkü günlərdə gənclərin bir-birinə sevgi, dostluq əlaməti olaraq kitab hədiyyə etməsi çox gözəldir. Azərbaycanda kitab oxuyan daha çox gənclərdir. Orta yaşdan yuxarı olan insanlar artıq kitabın onlara görə insan həyatında rolu olmadığını dərk ediblər. Əlbəttə hamısı yox. Bir qismi belə düşünür. Amma gənclər başa düşürlər ki, müasir dünyada əgər karyerasında, şəxsi inkişafında, ailə həyatında irəli getmək və nizamlı yaşamaq istəyirlərsə mütləq gündəlik həyatında mütaliə etməlidirlər, düşünərək addım atmalıdırlar. 

Gənclər Ceyms Klirin "Atomik vərdişlər", Napoleon Hillin "Düşün və varlan", Çarlz Dahiqin "Vərdişin gücü", Brayan Treysinin "Bəhanələrə yox", Stiven Kovinin "Yüksǝk effektli insanların yeddi vǝrdişi" kitablarını oxusunlar. Dünya ədəbiyyatından Con Steynbekin "Mirvari", "Siçanlar və adamlar",  Ernest Heminqueyin "Kilimancaro qarları", Səməd Behrənginin "Balaca qara balıq", Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri "Balaca şahzadə", Lev Tolstoyun "İnsan nə ilə yaşar", mini klassika seriyasından Anton Çexovun "Mənim həyatım", "Çöl" kimi kitabları mütləq oxusunlar. Bunlar hamısı tez oxunan, amma çox təsirli kitablardır. Müasir dünyadan Yuval Noah Hararinin, Riçard Dokinzin əsərlərini oxumalıdırlar. Daron Acemoğlu və Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir”, "Dar dəhliz" kitablarını mütləq oxusunlar".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Fevral 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri