Sevgilisi ilə gəzintiyə çıxan “avtoş” gənc yol polisindən qaçaraq qəza törətdi İkisi də öldü VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Təqibdən qaçan yeniyetmələr ağır yol qəzasına düşüblər. Avtosfer.az xəbər verir ki, Rusiyanın Voloqda şəhərində baş verən hadisə kameraya düşüb. Məlumata görə, “Lada” markalı avtomobilin 18 yaşlı sürücüsü 17 yaşlı sevgilisi ilə birgə şəhər mərkəzində avtoxuliqanlıq edən zaman yol polisi əməkdaşları tərəfindən “Saxla” əmri verilib. Əmirə tabe olmayan sürücü sürəti artıraraq yayınmağa çalışıb. Avtomobili yüksək sürətlə idarə edən yeniyetmə yol kəsişməsində işıqforun qırmızı işığından keçərək 28 yaşlı sürücünün idarə etdiyi “Honda” ilə toqquşub.

Qəza nəticəsində “Lada”da olan hər iki yeniyetmə ölüb. “Honda”nın sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Dekabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















