Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Sevgimiz elə bu qədərmiş ... KTMT nin üzvləri müttəfiqlikdə sərhəd tanımır, bir birinə güllə atır

Sevgimiz elə bu qədərmiş ... KTMT nin üzvləri müttəfiqlikdə sərhəd tanımır, bir birinə güllə atır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiyanın Bişkekdəki səfiri Sergey Vakunovu ölkə vətəndaşlarının Moskvadakı Bodrost hamam kompleksində kütləvi saxlanması ilə bağlı çağırıb. “Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın, habelə vətəndaşlara qarşı güc tətbiqinin əsasları barədə məlumatların təqdim edilməsi və güc tətbiqinin əsassız olduğu halda, bu insidentlə bağlı Moskva hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlərin görülməsi xahişi ilə rəsmi nota verilib”, - XİN-dən bildiriblər. Məlumata görə, Moskva polisi aprelin 10-da axşam saatlarında əsasən Qırğızıstandan olan miqrantların üz tutduqları hamamda reyd keçirib. Həmin gün orada olan Qırğızıstan vətəndaşları bildiriblər ki, təhlükəsizlik qüvvələri onları izahat vermədən döyüblər.Rusiyanın miqrant ovu ölkələrarası münasibətlərə necə təsir edəcək?

“Ağ Partiya” başqan yardımçısı Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yaşanan problemlərin ilk növbədə günahkarı qırğız dövlətidir: “Niyə Qırğız hökuməti? Çünki Qırğızıstan hakimiyyəti indiyə qədər öz ölkələrində normal şəkildə əhaliyə baxsaydı, onların Rusiyada ən aşağı səviyyəli işlərdə nə işləri vardı? Heç kim ora keyfinə görə getmir. Bu sualı Qırğızıstan dövləti özünə verməlidir ki, niyə mənim vətəndaşım başqa ölkədə pul qazanır, öz ölkəsində qazana bilmir. Niyə mən öz vətəndaşım üçün bu şəraiti qurmamışam? Əvvəl Qırğızıstan prezidenti Akayev idi. Ona diktator, “rusun adamı” deyirdilər. Sonra onu devirdilər. Beş ildən bir Qırğızıstanda inqilab oldu və Qırğızıstan avtoritar ölkədən banan ölkəsinə çevrildi. Həmin o deyilən, arzulanan o inkişaf etmiş Qırğızıstan yenə olmadı. Nə dəyişdi? Akayev dəyişdi, amma insanların sosial rifahı dəyişmədi. Yenə həminki Qırğızıstandır, bəlkə ondan da aşağı səviyyəyə düşdü. Ona görə birinci həm hökumətlər həmin dövlətlər özlərinə sual verməlidir ki, onların vətəndaşlarının başqa ölkədə nə işi var, Rusiya da onlarla belə davransın”.

Əhəd Məmmədli

Əhəd Məmmədli qeyd edib ki, əslində Qırğızıstan Rusiya ilə müttəfiq ölkədir və hər iki ölkə KTMT-nin, Avrasiya İttifaqının üzvüdürlər.

“Rusiyanın müttəfiqinə davranışları da göz önündədir. Qırğızıstan Ukrayna kimi rusa kəllə atıb. Ukraynanın vəziyyətinə düşsün demirəm, amma bir dövlət olaraq özünə sual verməlidir. Sanki yenə Sovetlər birliyi var, Moskva onların paytaxtıdır. Bu siyasət nə zamana qədər yürüdüləcək? Belə dövlətin gələcəyi necə ola bilər? Təkcə Qırğızıstan deyil, bir çox postkolonial ölkələr var. Məsələn; Fransanın koloniyasında olan ölkələr. Götürək Senqalı. Seneqal hələ indiyə qədər Fransadan tam müstəqilliyini bərpa edə bilməyib. Seneqalın müstəqillik elan edəndən indiyə qədər başqa ölkələrə ticarət partnyorluğu etməyə icazəsi yox idi. Ancaq Fransa ilə etməlidir. Bu gün müstəqil ölkədir. Amma ticarət, partnyor ancaq Fransa olmalıdır. Fransa o şərti qoymuşdu ki, bu şərti yerinə yetir, ancaq o zaman biz sizin müstəqilliyini elan edə bilərik. Yəni kağızda müstəqil, amma realda postkolonial dövlət olmağın mənası yoxdu. Qırğızıstan da 1991-ci ildə kağız üzərində müstəqil olub, yenə Rusiyanın təsiri altındadır”-deyən politoloq bildirib ki, Rusiya və Çin reallığını da qəbul etmək lazımdır.

“Hər bir ölkə orta gücə çevrilmək üçün çalışmalıdır. Azərbaycan çevrilə bildi. Rusiya Azərbaycanın vətəndaşları ilə belə rəftar edə bilərmi? Etsə, adekvat cavabını alar. Göründüyü kimi taciklərlə, qırğızlarla, özbəklərlə rahat rəftar edə bilirlər. Həmin dövlətlər özünə sual verməlidir ki, niyə onlarla belə davranılır. Onlar özlərində günah axtarmalıdırlar. Bilirsiniz ki, Qırğızıstan və Tacikistanla sərhəddə qanlı olay baş vermişdi. Hər ikisi KTMT-nin üzvüdür. Amma sərhəddə çatışma oldu və hər tərəfdə 100-dən çox itki oldu. Təsəvvür edin, NATO üzvləri bir-biri ilə çatışmaya girir. Müttəfiqlər bir-birinə güllə atarmı? Bu, necə müttəfiqlikdir? ABŞ hara baxır? Rusiya NATO-ya alternativ kimi KTMT-ni qurub. Amma KTMT-nin üzvləri bir-birinə güllə atırlar, yəni bu anormal ittifaqdır. İstər Rusiya-Qırğızıstan münasibətləri, istər Rusiya-Tacikistan münasibətləri, istərsə də Tacikistan-Qırğızıstan münasibətləri anormaldır. Yadınızdadırsa, Tacikistanın ölməz və əbədi prezidenti İmaməli Rəhman şikayət eləmişdi ki, "Rusiya niyə bizimlə belə davranır, belə yuxarıdan aşağı". Bu anormal münasibətlər, əslində müttəfiqlik deyil və bu imperiyanın öz müstəmləkəsi ilə davranışının davamıdır”-deyə Əhəd Məmmədli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see223

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see188

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see167

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see162

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see146

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see146

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri