Icma.az
close
up
RU
Sevginin başladığı ən müqəddəs ünvan!

Sevginin başladığı ən müqəddəs ünvan!

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəmiyyətin gücü ailədən başlayır...

Sevgi, mərhəmət, hörmət, anlayış və fədakarlıq kimi ali hisslər ilk dəfə məhz ailə ocağında formalaşır. Ailə yalnız eyni soyadı daşıyan insanların bir araya gəlməsi deyil, çətin anlarda bir-birinə dayaq olan, uğurları birlikdə sevincə çevirən, həyatda insanı ayaqda saxlayan ən güclü mənəvi bağdır. Sağlam ailələrin qurulduğu cəmiyyətlərdə həm mənəvi dəyərlər qorunur, həm də gələcək nəsillər daha sağlam, savadlı və vicdanlı yetişir.

Bu gün dünyamız sürətlə dəyişsə də, texnologiya həyatımızın hər sahəsinə nüfuz etsə də, insanın ən böyük ehtiyacı yenə də doğmalarının sevgisini hiss etmək, anlayış görmək və özünü güvəndə hiss etdiyi bir ailəyə sahib olmaqdır. Çünki ailə insanın ruhunu isidən ən dəyərli limandır. Bütün cəmiyyətlərdə ailə mövzusu daim aktual problemlərdən biri hesab olunur. Etiraf edək ki, cəmiyyətdə hansısa dəyişikliklər baş verərsə, bu, ilk növbədə ailələrə təsir göstərir. Bir sözlə, kiçik sosial qrup olmasına baxmayaraq, ailə və onun qorunması məsələsi hər zaman aktualadır.

Avropa dəyərlərinin cəmiyyətimizə təsiri...

Bəzən sosial şəbəkədə bir qrup şəxs Azərbaycanda ailə institutunun yararsız olması ilə bağlı təbliğat aparır. Onlar bildirirlər ki, həm ailə, həm də milli-mənəvi dəyərlər cəmiyyətin inkişafına ayaq bağı olur, bundan qurtulmaq lazımdır. Onların iddialarına görə, ailə institutu köhnəlmiş bir ənənədir. Bu xəttin tərəfdarları özlərini müxtəlif cinahların, hərəkatların nümayəndəsi kimi təqdim edirlər. Bir qrup bildirir ki, feministdirlər, digər bir qrupu özlərini liberal adlandırır. Həmin şəxslər Avropa ölkələrindəki ailələri misal gətirirlər. Lakin anlamırlar ki, Avropanın bütün dəyərlərini olduğu kimi öz cəmiyyətimizə gətirə bilmərik. Bu, tərəflər arasındakı problemlərə, ailələrin dağılmasına yol aça bilər.

Ailə quran cütlüklərin yaşadığı problemlər arasında iqtisadi faktorlar mühüm rola malikdir. Münasibətlərə xələl gətirən iqtisadi amillərə-işsizlik, həyat səviyyəsinin aşağı olması və yoxsulluğu qeyd edə bilərik.

Gender bərabərliyi...

Çox vaxt ailədaxili münasibətlərin korlanmasında gender bərabərliyinin qorunmaması vacib rol oynayır. Lakin əksər hallarda gender bərabərliyi ilə bağlı yanlış təbliğat aparılır. Bu da gender bərabərliyindən danışarkən yalnız qadın hüquqlarının pozulması barədə informasiyalardır. Ancaq unutmamalıyıq ki, gender bərabərsizliyi, eyni zamanda, kişi hüquqlarının pozulması deməkdir. Düzdür, qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə təsir edir. Ailə büdcəsinə öz töhfələrini verməklə bərabər, qadınların özünə inamı artır, ailədə iqtisadi cəhətdən asılı olmurlar. Lakin təəssüflər olsun ki, ölkəmizdə gender bərabərliyi adı altında yanlış təbliğat aparılır. Ailədə qadınlar kimi kişilər də kifayət qədər fəallıq nümayiş etdirirlər. Amma bəzi hallarda qadınların kişiləri istismar etməsinin də şahidi oluruq. Məsələn, gününü alış-verişlərdə, gözəllik salonlarında keçirməyi sevən qadınlar heç bir yerdə işləmədikləri halda kişidən maddi tələbatını ödəməyini israr edir. Bunu isə kişilərin bir növ istismarı adlandırmaq olar.

Sosial şəbəkələr ailələri necə məhv edir?

Aparılan araşdırmalara görə, son illər bütün ölkələrdə sosial şəbəkələrdən düzgün istifadə etməmək ailə münasibətlərinə mənfi təsir edir. Dünyada qeydə alınan boşanmalarda Vatsap yüzdə 40 nisbətində rol oynayır. İkinci yerdə Feysbuk, üçüncü yerdə isə digər sosial şəbəkələr gəlir. Yeniyetmələrin, evli qadınların evdən qaçması artıq “dəb” halına çevrilib. Bu kimi hadisələrin kökündə dayanan səbəblər araşdırılanda isə məlum olur ki, ailədən qəfil uzaqlaşma sosial şəbəkədə baş tutan hansısa tanışlıqla bağlıdır. Bu baxımdan sosial şəbəkələrin ailə münasibətlərinə mənfi təsiri, boşanmalara yol açması danılmazdır.

Yeri gəlmişkən, bu gün Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu gün BMT Baş Assambleyası tərəfindən 1993-cü ildə qəbul edilib. Bu gün insanlığın ən müqəddəs dəyərlərindən biri olan ailənin gücünü, birliyini və cəmiyyətin təməl sütunu kimi daşıdığı böyük məsuliyyəti xatırladan xüsusi bir gündür. Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Ailə gününün qeyd olunmasında məqsəd isə planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltmək məqsədi daşıyır.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri