Icma.az
close
up
RU
Sevimlilər siyahınıza düşəcək 10 serial VİDEO

Sevimlilər siyahınıza düşəcək 10 serial VİDEO

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Striminq platformaları dövrü serial izləməyi sözün əsl mənasında bir idman növünə çevirib. Artıq DVD şəklində tam mövsümlər almağa ehtiyac olmasa da, sadiq fanatlar kontenti inanılmaz sürətlə “istehlak edir”, sanki bu, onların ikinci, amma son dərəcə maraqlı məşğuliyyətidir. Lakin hər həftə yayımlanan saysız-hesabsız yeni şouların fonunda, həqiqətən baxmağa dəyər, məyus etməyən və cəlbedici bir serial tapmaq getdikcə daha çətinləşib.

Lent.az "sevimlilər" siyahınıza salacağınız 10 serialı təqdim edir.

Gənclik

Kiçik bir şəhərdə baş verən şok edici hadisə Miller ailəsinin həyatını alt-üst edir. 13 yaşlı Ceymi sinif yoldaşını öldürməkdə ittiham olunaraq həbs edilir. Onun atası, yerli polis və sosial xidmətlər araşdırmaya başlayır və bu araşdırma gözlənilməz nəticələrə gətirib çıxarır. Hər keçən gün yeni faktlar üzə çıxır və böyükləri yeniyetmələrin problemlərinə daha dərindən baxmağa məcbur edir.

Maral balası

Bu bioqrafik dram yazıçı və komediyaçı Riçard Qədd ilə onun fanatik pərəstişkarı arasındakı mürəkkəb münasibətlərdən bəhs edir. Onların qarşılıqlı əlaqəsi Riçardın həyatına dağıdıcı təsir göstərir və onun qeyri-sabit psixoloji vəziyyəti günbəgün daha da ağırlaşır. Onlar bir-birlərinə ruhlarının ən qaranlıq tərəflərini açırlar. Hadisələr zənciri hər ikisi üçün dərin travma və mənəvi ağrı gətirən nəticələrlə üzləşməyə aparır.

Qara göyərçinlər

Helen “Qara Göyərçin”dir — məxfi məlumatları ən yüksək qiymət təklif edənə satan gizli casus təşkilatının üzvü. Helen əsas hadisələrdən 10 il əvvəl bu təşkilata qoşulub. Elə həmin dövrdə o, “xanım Rid üçün qeyri-adi bir iş” olan Semlə də tanış olur.

Helenin gizli sevgilisi Ceyson öldürüldükdə, casus şəbəkəsinin rəhbəri, sirli Rid, Heleni qorumaq üçün onun köhnə dostu Semə müraciət edir. Helen və Sem birlikdə Ceysonun kim tərəfindən və hansı səbəbdən öldürüldüyünü araşdırmaq üçün yola çıxırlar. Bu araşdırma onları Londonun qaranlıq cinayət aləmi ilə təhlükəli geosiyasi böhranı birləşdirən genişmiqyaslı sui-qəsdin izinə aparır.

Seks uğrunda ölmək

Xərçənglə yaşamaq haqqında olan hekayələr çox vaxt həddindən artıq əzab üzərində qurulur və qəhrəmanı susqun, əzab çəkən və ya sonundan qorxan biri kimi göstərir. Bu səkkiz seriyalı dram-komediya isə qorxulu diaqnozunu ən gizli arzularını reallaşdırmaq üçün bir fürsətə çevirən bir qadının həyatına daha təzə və balanslı baxış təqdim edir.

Dırnaqarası

Gənc bir qadının Londonda yaşamağa çalışdığı, ən yaxın dostunun itkisi, ailəsi ilə gərgin münasibətləri və demək olar ki, hər vəziyyətdə tamamilə uyğunsuz davranmaq bacarığı ilə mübarizə apardığı həm gülməli, həm də kövrək bir serial. Antiqəhrəman tez-tez birbaşa tamaşaçıya müraciət edir və hər seriyada öz emosional vəziyyətinin dərinliklərini açır.

İsttaunun Mareyi

Mare Şihan Filadelfiya yaxınlığındakı bir qəsəbədə doğulub və böyüyüb. Yerli sakinlər onu hələ də məktəb basketbol komandasının ulduzu kimi xatırlayır və sevirlər. Lakin o vaxtlardan illər keçib: Mare idmanı çoxdan tərk edib, polis detektivi olub, uğursuz bir evlilik yaşayıb, intihar edən oğlunu itirib və yeniyetmə qızı Şivonla birlikdə nəvəsi Endryunu böyüdür, bu arada gəlininin heroin asılılığı ilə mübarizə aparır. Şəhərdə növbəti qətl baş verdikdə, Mare ailə problemlərini bir kənara qoyub cinayətkarı tapmalı olur.

Ayrılma

"Lumen Industries" işçilərin şəxsi həyat xatirələrini iş xatirələrindən ayırmağa imkan verən “ayrılma” texnologiyası hazırlayıb. Bu texnologiya məhsuldarlığı artırmaq məqsədi daşıyır və işçilərin tam diqqətlə işləməsini təmin edir. Şirkətin əməkdaşlarından biri olan Helli bu yeniliyi öz üzərində sınaqdan keçirməyə qərar verir.

Dürüst terapiya

Serial həyat yoldaşının ölümündən sonra dərin depressiyaya düşən psixoterapevt Cimmi Lerdin hekayəsini danışır. Kədəri ilə bacarmaq üçün o, içkiyə qurşanır və nizamsız bir həyat sürməyə başlayır. Lakin Parkinson xəstəliyindən əziyyət çəkən həmkarı Pol Roudsla söhbətdən sonra Cimmi işinə yanaşmasını dəyişməyə qərar verir. O, pasiyentlərinə nə qədər ağrılı olsa da, yalnız sərt və bəzəksiz həqiqəti deməyə başlayır.

Rezidensiya

Qətl hər zaman dəhşətlidir, amma əgər bu hadisə Ağ Evdə baş verirsə, bu, həm də dövlətin imicinə təsir edə biləcək böyük bir sensasiyadır. Məhz belə bir vəziyyət dünyanın ən məşhur iqamətgahında verilən şam yeməyi zamanı yaşanır. Cinayətkarı tez bir zamanda tapmaq və məlumat sızmasının qarşısını almaq üçün iş özünəməxsus metodlara malik özəl detektiv Kordeliya Kappa tapşırılır. Görəsən, bu eksantrik qadın öhdəsinə düşən vəzifənin öhdəsindən gələ biləcəkmi?

Zənglə dirilən

Bir oğlan bir toxunuşla ölüləri dirildə bildiyini kəşf edir. Lakin bu qabiliyyət həm həyat verir, həm də həyat alır. Əgər dirilən insana bir dəqiqə ərzində yenidən toxunulmasa, başqa biri ölür. Əgər toxunularsa… həmin insan bu dəfə artıq həmişəlik ölülər dünyasına qayıdır.

Oğlan böyüyür və bu qabiliyyətindən qətlləri açmaq üçün istifadə edir: qurbanı bir dəqiqəlik dirildir, qatili öyrənir və hər şeyi əvvəlki vəziyyətinə qaytarır. Amma bir gün o, uşaqlıq sevgisini öldürən şəxsi tapmalı olur… görəsən, bir dəqiqədən sonra onu buraxa biləcəkmi?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Dekabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri