Icma.az
close
up
RU
“Sevinməyimiz qıcıq vermək üçün deyildi”

“Sevinməyimiz qıcıq vermək üçün deyildi”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XXII turunun “Şamaxı” – “Sumqayıt” oyununda (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandır ki, qələbə qazanmaq istəyirdik. Önəmli oyun idi. “Sumqayıt” son 6 oyundur qol vurmurdu. Amma bilirdik ki, möhkəm komandadır. “Sumqayıt”da iki məşqçinin əl işi var. Çətin oyun idi. Futbolçularımda qələbə istəyini görürdüm. İlk hissə rəqibin, ikinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi. Belə matçda qələbə qazanmaq önəmlidir. Çünki turnir cədvəli gərgindir. Çempionat davam edir. Qarşıda “Kəpəz”lə çətin səfər oyunumuz var.

– İlk hissədə sanki topu rəqibə vermişdiz. Taktiki gediş idi, yoxsa rəqib sizi buna məcbur etdi?

– Bilirdik ki, “Sumqayıt”a imkan versək, hücum edəcək.  Birinci hissədə onlar bizə imkan vermədilər. Futboçularım soyuqqanlılığı itirdilər. Fasilədə fərqli söhbətlərimiz oldu. Premyer Liqada bir komandadan başqa heç kim hər iki hissəni eyni tempdə oynamır. Səbəblər rəqibdən asılıdır.

– Vaqif Cavadov bildirdi ki, “Şamaxı” qələbəni xüsusi qeyd etdi, amma hələ bizi keçməyiblər. Rəqib həmkarınızın sözlərini necə şərh edərdiniz?

– Vaqif gənc məşqçidir. Mən “Sumqayıt”da olanda orada akademiyada çalışırdı. Mən həmişə deyirdim ki, Vaqifdə böyük postensial var. Bizim sevinməyimiz qıcıq vermək üçün deyildi. “Sumqayıt”da bizi məğlub edəndə sevinir. Kimin kimi keçəcəyi mövsümün sonunda bilinəcək. Bizim üçün xoşdur ki, “Sumqayıt” da bizdən qabaqda olduğu üçün sevinir…

Şahin Cəfərov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Aprel 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri