Icma.az
close
up
RU
Səviyyəsiz qalmaqalı sənət adı ilə təqdim edirsiniz

Səviyyəsiz qalmaqalı sənət adı ilə təqdim edirsiniz

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bəzi "şou-biznes ulduzları"na demək istəyirəm ki, məşhurluq sizi böyük etmir. Səhnəyə çıxmaqla insan olunmur. Adınız var deyə hər etdiyiniz normal sayılmır. Sizə baxan bir nəsil var. Telefonu əlində olan uşaqlar sizi izləyir, danışığınızı, davranışınızı, geyiminizi, münasibətinizi təqlid edir. Amma siz nə edirsiniz? Ucuz qalmaqal, süni səs-küy, səviyyəsiz çıxışlar, mənasız hərəkətlər… Bunu sənət adı ilə təqdim edirsiniz. Sənət bu deyil. Sənət məsuliyyətdir. Sənət mədəniyyətdir. Sənət tərbiyədir".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial media hesabında yazıb. O, bir neçə gündür şou-biznes nümayəndələri arasında efir üstündə yaranan mübahisəni tənqid edib:

"Pul və baxış sayı naminə hər şeyi normallaşdırmaq ayıbdır. Dəyərsizliyi trendə çevirmək isə daha da ayıbdır. Sabah həmin uşaqlar sizin kimi davrananda, cəmiyyət pozulanda heç kim təəccüblənməsin. Unutmayın ki, səhnə oyuncağınız deyil. Siz istəsəniz də, istəməsəniz də nümunəsiniz. Amma təəssüf ki, nümunə olmaq əvəzinə iyrəndirici bir səviyyə göstərirsiniz.

Şöhrət müvəqqətidir. Amma qoyduğunuz iz qalıcıdır. O izi necə qoyduğunuzu yaxşı düşünün. Şou-biznes adı altında hər şeyi normallaşdırmağa çalışırsınız, amma unutmayın , indi orucluq ayıdır. Bu ay müqəddəs aydır. İnsan bir az özünə, dilinə, davranışına nəzarət edər. Ağzınıza gələni danışmaq, qalmaqal yaratmaq, söyüşü, tərbiyəsizliyi "cəsarət" kimi göstərmək nə sənətdir, nə də mədəniyyət.

Oruc tutan gənclər var. Bu ayın hörmətini saxlayan ailələr var. Amma siz yenə ucuz gündəm, boş söz, səviyyəsiz hərəkətlərlə diqqət toplamağa çalışırsınız. Müqəddəs ayda belə özünüzü saxlaya bilmirsinizsə, deməli problem trenddə yox, tərbiyədədir.

Ramazan ayı nəfsə hakim olmaq ayıdır. Dilə sahib çıxmaq ayıdır. Hörmət ayıdır. Amma siz hörmətsizliyi nümayiş etdirməyi seçirsiniz. Sonra da deyirsiniz "biz sənətçiyik". Sənətçi olmaq əvvəlcə insan olmaqdan keçir.

Bir az utanmaq, bir az düşünmək, bir az məsuliyyət hiss etmək bu qədər çətindir? Şöhrət hər şey deyil. Xüsusilə də bu müqəddəs ayda".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://axsam.az
archiveBu xəbər 23 Fevral 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri