Icma.az
close
up
RU
“Şəxsi həyatlarını gizlətmək istəyənlər evdə otursun” Məşhurların seçimi varmı?

“Şəxsi həyatlarını gizlətmək istəyənlər evdə otursun” Məşhurların seçimi varmı?

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar televiziya proqramlarında məşhurların şəxsi həyatları açıq şəkildə müzakirə olunur. Aparıcılar dərin, bəzən də sərhəddi aşan suallar verir. Mövzu ailə münasibətlərindən, şəxsi münasibətlərə qədər uzanır. Sosial şəbəkələrdə isə bu tendensiya tənqid olunur, izləyicilər bunu etik saymır. Lakin aparıcılar bildirir ki, qonaqların özləri bu suallara cavab verməyə razıdır.

Yenisabah.az məsələ ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ilə məsələni müzakirə edib.

Rövşən Nəcəfovun sözlərinə görə konservativ cəmiyyətdə insanların şəxsi həyatı hər zaman maraq dairəsində olub:

"Belə dırnaqarası mövzuların maraq dairəsində olması bu gün reytinq gətirir. İnsanlar bu mövzularda fikirlərini sərbəst şəkildə müzakirə edə bilirlər. Başqalarının həyatına müdaxilə etmək daha rahat olur. Bu da bir növ onların öz kimliklərini gizlətmələri deməkdir.

İnsanlar özündəki səhvi görməmək üçün başqalarının səhvini gizlətməyi sevirlər. Gizlətdiklərin üçün də, hər zaman başqalarını günahkar görürlər. Psixoloji ehtiyac isə ondan ibarətdir ki, insanlar başqalarının həyat tərzini özlərinə nümunə kimi görürlər. Belə olduğu üçün də, o həyat tərzini istədikləri kimi şərh etmək iqtidarında olduqlarını düşünürlər".

"Məşhur insanlar da bilirlər ki, onlar ictimiyyət qarşısında geniş göründükcə, onların şəxsi həyatları da müzakirə mövzusu olacaq. Əgər bir insan şəxsi həyatının  müzakirə mövzusu olduğunu istəmirsə, gərək evdən çölə çıxmasın. Ona görə də bu cür cəmiyyətdə şəxsi həyat məsələləri daha çox üstünlük qazanır. İstər məşhur olsun, istərsə də qeyri-məşhur olsun. Bu isə o deməkdir ki, cəmiyyət natamamlıq kompleksi yaşayır. Yəni hər kəs biri-birinə özünü sübut etməyə çalışır.

Kimlərinsə məşhurluğunu qəbul etmirlər. Onların bədbəxtliyinə sevinirlər və bundan zövq alırlar. Bir növ kiminsə yox olmasını, özlərinin var olması kimi qəbul edirlər. Sosial platformalarda insanlar biri-birləri ilə mən daha xoşbəxtəm yarışına girirlər. Bu yarışda da insanlar öz mənəvi dəyərlərini öldürüb, başqalarına görə yaşamağı öyrənirlər. Bu da insan psixologiyasında natamamlıq və özünə güvənsizlikdir. İstər məşhur olsun, istər qeyri-məşhur olsun. Bir yalnız onları gördükləri işə görə tənqid edə bilərik. Onların şəxsi həyatına görə yox. Sağlam düşüncə budur”. 

Aydan Hacıbalazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyun 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri