Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Subay siyasətçilər Məşhurların şəxsi SİRLƏRİ

Subay siyasətçilər Məşhurların şəxsi SİRLƏRİ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Dünya siyasətində bir sıra nüfuzlu liderlər var ki, subay qalmağı üstün tutaraq həyatları boyu evlənməyiblər. Subay həyat sürən bu siyasilər karyeralarında böyük uğurlara imza atmaqla milyonlarla insanın diqqətini cəlb edə biliblər. Onlar şəxsi həyatları barədə danışmağı xoşlamırlar. Şəxsi həyatlarının sirli qalması bəzən bu siyasətçiləri daha cazibədar və maraqlı edir.
Hazırda Türkiyənin əsas siyasi partiyalarından biri olan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli subay siyasətçilər sırasında yer alır.
1948-ci il təvəllüdlü Devlet Bahçelinin özündən başqa iki qardaşı və bir bacısı da var. 

O, 7 iyul 1997-ci ildən Milliyətçi Hərəkat Partiyasının sədridir. 2000, 2003, 2006, 2009, 2012, 2015, 2018 və 2021-ci illərdə baş tutan MHP qurultaylarında sədr seçilib.

Bahçeli MHP sədri olaraq Türkiyə Böyük Millət Məclisinin deputatıdır.

Devlet Bahçeli şəxsi həyatı ilə bağlı qısa açıqlamalarında ömrünü partiyaya-siyasətə həsr etdiyini, şəxsi həyatına vaxt ayırmadığını deyib.
Amma Devlet bəy haqqında başqa bir hekayə də var. Deyilənlərə görə, onun  evlənməməsinə səbəb zamanında birini çox sevməsi olub.
Belə ki, 1960-cı illərdə Devlet Bahçeli indiki adı Qazi Universiteti olan Ankara İqtisadi və Ticarət Elmlər Akademiyasında təhsil alanda solçu bir xanıma aşiq olub. Qarşılıqlı sevgiyə qızın atası qarşı çıxıb "mənim ülküçüyə veriləcək bir qızım yoxdur” deyib. Qız Bahçeliyə qaçmagı təklif etsə də o, "atanın xeyir-duasını almadan olmaz” söyləyibr. Sonuc olaraq evlənə bilməyən aşiqlər bir-birlərinə ömürlərinin sonuna qədər ailə qurmayacaqlarına dair söz veriblər.
Bahçelinin özü bu haqda heç vaxt danışmayıb. O bildirib ki, evlənməməsi qismət məsələsidir və peşman deyil.
Devlet Bahçeli digər açıqlamasında ailənin onun siyasi fəaliyyətinə mane ola biləcəyinə inandığı üçün heç vaxt evlənmədiyini bildirib.

77 yaşlı Devlet Bahçeli hazırda bacısı ilə Ankarada yaşayır.
***
Hindistanın hazırkı baş naziri Norendra Modi də subay siyasətçi olaraq tanınır. O, radikal-millətçi baxışlara çox erkən yaşlardan yiyələnib. 17 yaşında evdən çıxaraq dərviş kimi Hindistanı sərasər dolaşıb və səyahətdən geri dönən kimi doğma Qucarat ştatının paytaxtı Əhmədabadda hind millətçi təşkilatının üzvü olub.

Narendra Modi dəfələrlə anti-müsəlman bəyanatları səsləndirməklə gündəmə gəlib. İddialara görə, Modi 2002-ci ildə doğulduğu Qucaratda baş vermiş qırğında mindən çox müsəlman öldürülməsində xüsusi rol oynayıb.
Hindistanın 16-cı baş naziri olan Norendra Modi 2014-cü ildən bu vəzifədə çalışır.

Onun haqqındakı məlumatlara görə, N.Modi çox gənc olanda - 18 yaşında bir qızla evlənib, lakin bu evlilik ailə həyatına çevrilməyib. Modi uzun illərdir subay kimi yaşayır və özünü "xalqın xidmətinə həsr etdiyini" bildirir. Onun həyat tərzi və intizamı Hindistanda çoxlarının maraqla izlədiyi nümunələrdəndir.

N.Modi sosial şəbəkələrdə tərəfdarları ilə fəal ünsiyyət qurur. 2019-cu ilin yanvar ayına olan məlumata görə, onun X (tvitter) səhifəsinin 45 milyon izləyicisi var. Maraqlıdır ki, siyasətçilər arasında yalnız Barak Obama (104,1 milyon) və Donald Trampın (57,2 milyon) daha çox abunəçisi var. Modi tez-tez getdiyi ölkənin dilində tvit yazır.

O, vegetariandır. Qucarat dilində şeir yazır.
***
Amerikanın keçmiş dövlət katibi, hazırda 71 yaşı olan Kondoliza Rays da heç vaxt ailə həyatı qurmayıb.
Diplomat, siyasətşunas Kondoliza Rays 2001-2005 illərin arasında ABŞ-nin 20-ci milli təhlükəsizlik müşaviri, 2005-2009 illərin arasında isə ABŞ dövlət katibi vəzifələrini tutub.
Kondoliza Rays 1954-cü ildə ABŞ-nin Alabama ştatının Birmingem şəhərində anadan olub. 1974-cü ildə Denver Universitetinin Siyasət elmləri fakültəsini, 1975-ci ildə Notrdam Universitetinin magistratura pilləsini bitirib. Rays 1981-ci ildə Denver Universitetində Beynəlxalq münasibətlər üzrə doktorluq işi müdafiə edib.

Corc Buşun prezidentliyinin ilk dövründə milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Rays, Buşun ikinci idarəçiliyi dövründə dövlət katibi vəzifəsini tutub. Bu müddət ərzində o, universitetin rektor köməkçisi vəzifəsini də icra edib. O, Stenford Universitetinin Hüquq fakültəsində siyasət elmlərindən dərs dediyi zaman iki dəfə "bacarıqlı pedaqoq" diplomu ilə təltif edilib.

Rays Sovet İttifaqı və Şərqi Avropanın xarici işlər və müdafiə siyasətinə dair bir çox məqalələrin müəllifidir.
Kondoliza Rays 2020-ci ildən Huver İnstitutunun direktorudur.

Kondoliza Rays heç vaxt evlənməyib və övladlığa da uşaq götürməyib. İddialara görə, Denver Universitetində oxuyarkən o, amerikalı futbolçu Rik Upçörç ilə yaxın dost olub və yaxın münasibət saxlayıb. Lakin onlar evlənməyiblər.

2006-cı ilin sentyabrında “Nyu-York Tayms” qəzeti Rays ilə Kanadanın o vaxtkı xarici işlər naziri Piter Makkay arasında mümkün yaxın münasibət barədə məlumat vermişdi.
Subay siyasətçi olmaq nə üstünlük, nə də çatışmazlıqdır - bu, şəxsi bir seçimdir. Mühüm olan liderin peşəkarlığı, dürüstlüyü və xalqa xidmətə olan sadiqliyidir. Cəmiyyətin də siyasətçilərə baxış bucağında şəxsi həyatdan daha çox onların fəaliyyətinə fokuslanması demokratik inkişaf üçün vacibdir.
Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 May 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri