Icma.az
close
up
RU
Seyid Yusuf Raza Gilani: Azərbaycanın Şanlı Zəfəri Pakistanda bayram əhvali ruhiyyəsilə qarşılanıb

Seyid Yusuf Raza Gilani: Azərbaycanın Şanlı Zəfəri Pakistanda bayram əhvali ruhiyyəsilə qarşılanıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Pakistanın Prezidenti vəzifəsini icra edən, Senatın sədri Seyid Yusuf Rza Gilaninin əsas qonaq qismində təşrif buyurduğu qəbulda federal nazirlər, senatorlar, Pakistan Silahlı Qüvvələrinin yüksəkrütbəli zabitləri, xarici ölkələrin Pakistandakı səfirləri, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, jurnalistlər, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistanın Dövlət himnləri səsləndirilib və Şanlı Zəfərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Səfir Xəzər Fərhadov Zəfər Günü haqqında ətraflı məlumat verərək bildirib ki, Ermənistanın işğalı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəsur Azərbaycan Ordusu tərəfindən azad edilib və xalqımızın 30 illik həsrətinə son qoyulub.

Vurğulanıb ki, Ermənistan müharibə zamanı mülki şəxsləri hədəf alaraq Gəncə, Bərdə və Tərtər şəhərlərinə ağır artilleriya hücumları edib. Səfir bildirib ki, yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirən Azərbaycan Ordusu torpaqlarımızı azad edib, ölkəmiz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra edərək gecikmiş ədaləti bərqərar edib. X.Fərhadov 2023-cü ilin sentyabrında 23 saat ərzində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin tam təmin edildiyini, Azərbaycan Bayrağının ölkəmizin bütün ərazisində qürurla dalğalandığını diqqətə çatdırıb.

Diplomat işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında danışıb, “Böyük Qayıdış” Proqramının icra olunduğunu deyib.

O, müstəqilliyimizin ilk günlərindən etibarən Azərbaycana göstərdiyi dəstək və sarsılmaz həmrəyliyə görə Pakistana dərin təşəkkürlərini bildirib, bunun iki ölkə arasındakı qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Pakistanın Prezidenti vəzifəsini icra edən Seyid Yusuf Rza Gilani Azərbaycan hökuməti və xalqını Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbrik edib. O qeyd edib ki, İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin reallaşması ilə nəticələnib. Əlavə edib ki, ədalətin bərpası olan həmin Şanlı Qələbə bir milyona yaxın azərbaycanlının öz ata yurdlarına qayıtması üçün geniş imkanlar açıb.

Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə danışan Seyid Yusuf Rza Gilani həmin fəaliyyətin bölgədə sülhün və tərəqqinin simvolu olduğunu vurğulayıb. O, Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini daim dəstəklədiyini ifadə edərək, ölkəmizin Şanlı Zəfərinin Pakistan ictimaiyyəti arasında bayram əhvali-ruhiyyəsilə qarşılandığını deyib.

Tədbirdə Pakistan Silahlı Qüvvələri orkestrinin müşayiəti ilə Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti gizir Günay Qasımova və Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solisti gizir Elçin Məmmədov vətənpərvərlik mövzusunda mahnılar ifa edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see207

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see158

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri