PUTİNİN PLANI UKRAYNA İLƏ BİTMİR Növbəti hədəflər AÇIQLANDI + Şok HESABAT
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Putinin planları Ukrayna ilə bitmir – ABŞ kəşfiyyatından ciddi xəbərdarlıq
ABŞ kəşfiyyat qurumları Rusiyanın prezidenti Vladimir Putinin Ukraynanın bütün ərazisini nəzarətə götürmək niyyətindən geri çəkilmədiyi qənaətinə gəlib.
Bu barədə "AzPolitika" “Reuters” agentliyinə istinadən xəbər verir.
Altı mənbənin bildirdiyinə görə, Vaşinqtonda hazırlanmış kəşfiyyat hesabatlarında Kreml rəhbərinin ambisiyalarının yalnız Ukrayna ilə məhdudlaşmadığı vurğulanır. ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Putin vaxtilə Sovet İttifaqının tərkibində olmuş Avropanın bəzi regionlarını yenidən Rusiyanın təsir dairəsinə qaytarmaq məqsədi güdür.
Məlumatda qeyd olunur ki, bu kəşfiyyat qiymətləndirmələri ABŞ prezidenti Donald Tramp və onun Ukrayna üzrə sülh danışıqlarını aparan komandasının səsləndirdiyi mövqelərlə kəskin ziddiyyət təşkil edir. Belə ki, Tramp administrasiyası Putinin münaqişəni başa çatdırmaq niyyətində olduğunu iddia etsə də, kəşfiyyat məlumatları bunun əksini göstərir.
“Reuters”in mənbələrindən birinin sözlərinə görə, təqdim olunan hesabatların ən sonuncusu ötən ilin sentyabr ayının sonlarında hazırlanıb və həmin sənəddə Putinin Avropa üçün təhlükə yaratmadığına dair iddialar açıq şəkildə təkzib edilir.
ABŞ kəşfiyyatının qiymətləndirmələri Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri dəyişməz olaraq qalır. Mənbələr bildirir ki, bu nəticələr Avropa liderlərinin və Avropa kəşfiyyat strukturlarının mövqeləri ilə də üst-üstə düşür. Onlar Rusiyanın Ukrayna ilə kifayətlənməyərək keçmiş sovet respublikalarına, hətta NATO üzvü olan ölkələrə qarşı da iddialar irəli sürə biləcəyindən ehtiyat edirlər.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin demokrat üzvü Mayk Kvikli də bu mövqeyi təsdiqləyib. O, “Reuters”ə açıqlamasında bildirib ki, kəşfiyyat orqanları uzun müddətdir Putinin daha geniş məqsədlər güddüyü barədə xəbərdarlıq edir.
Kviklinin sözlərinə görə, Avropa ölkələri bu təhlükəni ciddi şəkildə dərk edir. Xüsusilə Polşa bu məsələdə qəti mövqe sərgiləyir, Baltik ölkələri isə Rusiyanın növbəti hədəfinə çevrilə biləcəklərindən ciddi narahatlıq keçirir.
Elman
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Dekabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















