Icma.az
close
up
RU
Seymur Orucov səyyar qəbullar keçirdi Fotolar

Seymur Orucov səyyar qəbullar keçirdi Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov növbəti səyyar qəbullar keçirib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qaçaq Kərəm və Göycəli kənd məktəblərinin binalarında keçirilən qəbullarda yerli hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilatları təmsil edən məsul şəxslər, eyni zamanda, həmin kəndlərin sakinləri iştirak ediblər.

Səyyar qəbullarda çıxış edən RİH başçısı qeyd edib ki, hər kəs ölkəmizin bütün sahələrində artan uğurlarına diqqət yetirdikdə Prezident İlham Əliyevin müdrik və qətiiyyətli rəhbərliyini açıq-aydın görür. Azərbaycan 30 ildən artıq işğal altında qalan torpaqlarında tam suverenliyini bərpa etməklə Cənubi Qafqazda davamlı sülh, sabitlik və regional rifah üçün tarixi fürsət yaradıb. Hazırda dünyanın geosiyasi mənzərəsinin heç də ürəkaçan olmadığı bir zamanda regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır və daha da möhkəmləndirir. Ölkəmizin sabitlik modeli bir çox dövlətlər tərəfindən nümunə kimi qəbul olunur. 

S. Orucov vətəndaşlarla görüşlərin və səyyar qəbulların əhəmiyyətindən də söz açaraq bildirib ki, başlıca məqsəd əhalini narahat edən məsələləri dərindən araşdırmaq və operativ həllinə nail olmaqdan ibarətdir. Vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da hər kəs yaşadığı ünvanı tərk etmədən rahat şəkildə istənilən məzmunlu müraciətini aidiyyəti üzrə ünvanlaya bilər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib. Həmçinin yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri