Seymur Salahzadə Ukraynada tutularaq Azərbaycana gətirilir
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Dələduzluqda ittiham edilən şəxs Ukraynadan ölkəmizə ekstradisiya ediləcək.
Lent.az xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Seymur Salah oğlu Salahzadənin Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə Seymur Salahzadənin külli miqdarda dələduzluq cinayəti törətməsinə şübhələr müəyyən edilib.
Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.
Hazırda Seymur Salahzadənin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 24 Avqust 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















