Icma.az
close
up
RU
“Şeytan çarxı” niyə İŞLƏMİR? Rəsmi AÇIQLAMA

“Şeytan çarxı” niyə İŞLƏMİR? Rəsmi AÇIQLAMA

Icma.az bildirir, Bizim media portalına istinadən.

“Yeni bulvar” ərazisində yerləşən, insanlar tərəfindən “şeytan çarxı” kimi tanınan “Panorama” attraksionun işləmədiyi bildirilir. Parkda dincəlmək, əylənmək istəyən şəxslərin iddiasına görə, attraksion fəaliyyət göstərmir. Xüsusilə, yaz aylarında, attraksionlora maraq artdığı dövrdə “şeytan çarxı”nın işləməməsi həm yerli sakinlərdə, həm də turistlərdə suallar yaradır.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, attraksion işləyir, sadəcə onun fəaliyyəti hava şəraitindən asılıdır:
 

MÖVZU İLƏ BAĞLI:
Bulvarda attraksionların təhlükəsizliyi necə TƏMİN olunur? – Rəsmi AÇIQLAMA


“Panorama” attraksionu qış aylarında saat 12:00-dan 21:00-a qədər, yay aylarında isə 12:00-dan 23:00-a qədər fəaliyyət göstərir. Küləyin sürəti 11 m/s-dən artıq olduqda, tufan, yağış, ildırım, dolu və ya qar kimi əlverişsiz hava şəraitində fəaliyyət göstərmir”.
Qeyd edilib ki, ziyarətçilərin təhlükəsiz və komfortlu istirahətini təmin etmək məqsədilə “Panorama” attraksionu müasir təhlükəsizlik standartlarına cavab verən avadanlıqlarla təchiz olunub:
“Attraksionun fəaliyyəti boyunca bütün proseslər peşəkar operatorlar tərəfindən daim nəzarətdə saxlanılır. Attraksion hərəkət halında olduqda ziyarətçilərin qadağan olunmuş ərazilərə daxil olmasına qəti şəkildə icazə verilmir. Kabin platformadan ayrıldıqdan sonra qapılar avtomatik kilidlənir və içəridən açılması mümkün olmur, bu da sərnişinlərin hərəkət zamanı maksimal təhlükəsizliyini təmin edir.
Müəyyən hallarda, məsələn, elektrik enerjisinin kəsilməsi zamanı, xüsusi ehtiyat enerji mənbələri sayəsində attraksionun fasiləsiz fəaliyyəti və sərnişinlərin təhlükəsizliyi qorunur. Əlavə olaraq, kabinələrdə təcili vəziyyətlər üçün rabitə vasitələri mövcuddur və bütün avadanlıqlar mütəmadi olaraq texniki baxışdan keçirilir. Attraksionun fəaliyyəti daim operatorlar tərəfindən nəzarət olunur və sərnişinlərin təhlükəsizliyi tam şəkildə təmin edilir”.

Attraksion qiymətlərinə gəldikdə isə idarədən vurğulanıb ki, 6 yaşına qədər uşaqlar üçün attraksiona giriş pulsuz, 6–12 yaş arası uşaqlar üçün biletin qiyməti 5 manat, 12 yaşdan yuxarı şəxslər üçün isə 10 manatdır.


Xatırladaq ki, “Panorama” attraksionu 2014-cü ildən fəaliyyət göstərir. Diametri 60 metr olan attraksionda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabin var.
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Aprel 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri