Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Şeyx Əbdül onları duelə çağırdı: Faktlarla danışacam...

Şeyx Əbdül onları duelə çağırdı: Faktlarla danışacam...

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev müsahibəsi zamanı jurnalistin Xalq artisti Şeyx Əbdül Mahmudbəyovla bağlı suallarını cavablandırarkən “Özündən soruşun. Hədyan, yalan, şər, böhtan-hamısı ondan gəlir” deməsi Şeyx Əbdülü özündən çıxarıb.  

Məsələylə bağlı Redaktor.az-a danışan Şeyx Əbdül Rasim Balayevdən və Şəfiqə Axundovadan incidiyini bildirib:

“Bir halda ki, “özündən soruş” deyir, mən özüm deyirəm. Çünki bütün fəaliyyətin hamısı göz qabağındadır. Birinci ittifaqda olan fəaliyyətin, Rüstəmdən sonra qoyub qaçmağın, təzədən gəlib həmin yerə yığılmağın filan, bu şeylərin heç birisini qəbul etmirsən. Efir var, tarix var, get bax, bu bir. Mənimlə siz niyə düşmən oldunuz? Mən nəyin davasını edirdim ki? Şəfiqə xanımın arxasınca ən çox danışansən idin. Qırırdınız bir-birinizi, topa-tüfəngə tuturdunuz. Onda mən ortaya çıxdım. Şahidlər var, nazirlikdən də hamı bilir. Mən məsələni razılaşdığımız şəkildə gündəmə gətirdim: qarşıdurmalar getdikcə artır, rüsvay oluruq. 30 ildir ortada kino yoxdur, amma biz bir-birimizi qırırıq. Belə çıxır ki, bəzi maraqlar var. Maraq isə bunların nəfsindən ibarətdir.  Bu iki ittifaq elə bil sex idarə edirdilər. Xüsusi sexləridir sanki, oturub kef edirlər. Mən buna qarşı çıxdım. Çox uzun mübarizələrdən sonra kino camiəsini birləşdirdim. 30-40 ilin dostu Balayev indi münasibətini nəyə görə dəyişdi ki, mənimlə? Çünki ittifaqı birləşdirirdik və bilmirdi ki, kim sədr seçiləcək. Şəfiqə xanım da bilmirdi kim seçiləcək, başqa-başqa kadrlar da, nümayəndələr də, kino adamları da var idi. Bu ittifaqlar ictimai təşkilat deyil. Kino xadimləri, kino adamları, ehtiyacı olan xadimlər üçün dövlət buna vəsait ayırıb, yoxsa özləri üçün kef etsinlər deyə verilməyib. Bunların bu nə öz malıdır, nə də dədələrinin malı”.

Xalq artisti dedi ki, Nizami Kino Evində Şəfiqə Məmmədova ilə Rasim Balayev hər ikisi rəsmi surətdə durub deyiblər ki, "biz fəaliyyətimizi dayandırırıq, bir yerdə fəaliyyət göstərməyə hazırıq":

“Mənə də nazir söz verdi ki, “Şeyx, bu sənin təşəbbüsündür.” Hamı şahid idi. Dedim ki, mənim davam kino davasıdır. Önəmli olan kino camiəsidir. Əgər bunların şəxsi maraqları yoxdursa, niyə mənlə düşmən oldular ki? Dedim ki, gəlin parçalanmayaq. Ondan sonra arada toplantı oldu və biz qərara aldıq ki, konfrans keçirib rəsmən birliyi elan edəcəyik. Daha mən bilmirəm, onlar Şəfiqə xanımla harada danışdılar. Şəfiqə xanıma deyiblər ki, sən istefa verirsən. Şəfiqə xanım konfransda durub rəsmi istefa verdi və bəlli oldu ki, yuxarılarda da Balayevin namizədliyi razılaşdırılıb. Mən də səs verdim. Şərtimiz də belə oldu ki, 6 ay sonra qurultay keçiriləcək. Məsələ burasında oldu ki, 6 ay sonra keçiriləcək qurultayda müzakirələr olmalıydı, sədr seçilməliydi, gizli səsvermə aparılmalıydı, filan. Bu prosedurların heç biri olmadı. Nə himn oxundu, nə şəhidlərin xatirəsinə söz verildi, iclas kimi oldu.

Bunlar artıq yerlərini möhkəmlədib oturub, kinonun adından danışırlar. Adam bilmədiyi işi necə düzəldə bilər? İttifaqın kinoya nə aidiyyəti var? İttifaq kino xadimləri, yaşlı, xəstə, imkansız adamlar üçün yardım fondudur. Bu, ictimai təşkilat deyil, dövlət büdcəsindən maliyyələşir. Mən elə onun davasını edirdim ki, necə olur ki, dövlət tərəfindən maliyyələşdirilən təşkilat ictimai olur və sədr olur buranın sex rəisi, nə istəyir onu edir. Amma burada demokratik yol lazımdır, seçki yolu ilə həll etmək lazımdır. 1 ilə yaxın nizamnamə təşkil olundu, nizamnamədə məntiqsiz, mənasız şeylər yazılıb. Bunu da gizlədib heç kəsə göstərmirlər".

Şeyx Əbdül xatırlatdı ki, Şəfiqə Məmmədova istefa verəndə, onunla yeganə görüşən şəxs özü olub.

"Məsələ burasındadır ki, mən onu müdafiə edirdim. Birləşmə ideyası mənə məxsus olduğu üçün mənə kin saxlayırlarmış. Mənim mübarizəm birlik mübarizəsi idi. Kino adlı iki ittifaq ola bilməz. Dünyada belə şey yoxdur. Mən təklif etdim ki, ittifaqlar ləğv olunsun, büdcəsi “Kinostudiya”ya verilsin. Çünki kino ilə bağlı hər şey burada həll olunur... Ora sənin xüsusi sexindir, bəyəm? Şəfiqə xanım orda istefa verib çıxıb gedib. Hətta Şəfiqə xanım çıxıb getdiyi üçün Oqtay Mirqasımov küsüb çıxıb getdi. İştirak etmədi. Rasim, sən ittifaqı qoyub qaçmısan. İkinci olaraq sən Rüstəm İbrahimbəyova 20-30 ilə yaxın katiblik etmişdin, ona qarşı çıxdın. Və təzdən qayıdıb yerinə gəldin. Qayıdacaq ittifaq var idi, niyə onu dağıtdın? Çünki sənin günahın ucbatından. Rüstəm siyasətə gedirdi, qurultay çağırıb Rüstəmə deyərdik: “biz siyasətlə məşğul olmuruq, sənə yaxşı yol.” Qurultayı keçirib, Rüstəmi yola salıb oturardıq ittifaqımızda. O boyda dövlət ittifaqı pis günə qaldı. Dövlət də götürüb bunu bağladı. Əvəzində ikinci bir ittifaq yaratdı. Şəfiqə də oturdu orada. Əli Həsənov sağdır. Əli Həsənov şəxsən bizi 3 dəfə dəvət etdi. Rüstəm əhvalatından sonra ittifaq dağıldı. Rasim qoyub qaçmışdı. Birinci katib ola-ola, belə cəsur kişiydi, niyə ittifaqı qoyub qaçırdı? İttifaqı birləşdirib xəyanəti barışığa çevirmək istəyən olur xəyanətkar. Onun üçün mənim adımı çəkmək ona ayıbdır. Mən onu dəvət edirəm. İstəyir Şəfiqə də gəlsin, kim istəyir gəlsin, mən hamısına bir-bir faktları göstərim. Məqsəd nədir, niyə belə olub, niyə düşmən kəsiliblər, necə hazırın naziri olublar, danışım. Onların heç birinin haqqı yoxdur adi yerdən gəlib şahlıq etməyə. "İstiqlal" ordeni alana qədər səsi çıxmırdı. O Şəfiqə baş məsləhətçi olub. Şəfiqə nə bilir kino nədir? Şəfiqə “Kinostudiya”da 42 il bundan əvvəl olub. Biz özümüz oranı Allah-Allah deyərək qoruyuruq, amma orden, medal alan bunlardır. Onlar ölkəni də aldadır. Dövlət səviyyəsində bu məsələ həll olunsun, mən aydınlıq gətirim.  Kimlərinsə şəxsi marağına yox. Ya da bağlanmalıdır. Belə “Kinostudiya” olar? Rasim, mən səni bağışlamışdım. Amma sən ki, belə başladın, gərək mən faktlarla danışım. Mən hər ikisiylə hardasa görüşüb, bütün məsələlərə aydınlıq gətirib danışaram. Qoy xalq bilsin ki, kim kimdir. Qoy kimsə kino ilə məşhurlaşıb kinoya daş atırsa, xalq tanısın”, - deyə Xalq artisti sözlərini yekunlaşdırdı.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri