Icma.az
close
up
RU
ŞEYXİN 10 MİNLİK “HƏCİ BİZNESİ” Və adi dindar üçün getdikcə əlçatmaz olan Həcc ziyarəti

ŞEYXİN 10 MİNLİK “HƏCİ BİZNESİ” Və adi dindar üçün getdikcə əlçatmaz olan Həcc ziyarəti

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadçı ekspertlər Azərbaycanda inflyasiyanın səviyyəsini müəyyən etmək üçün müxtəlif mürəkkəb üsullardan - əsas tələbat mallarının qiymətinin artması, istehlak zəmbilinin dəyərinin bahalaşmasının və s. hesablanmasından istifadə edirlər. Lakin bahalaşmanın və Azərbaycanda əhalinin cibinə girənlərin iştahının miqyasını müəyyən etməyin daha bir mükəmməl indikatoru var - Həcc ziyarətinin qiyməti…

Onun qiyməti “dinamik və ardıcıl” olaraq, durmadan, ilbəil sürətlə artır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) son “preyskurantına” görə, ziyarətin qiyməti 6100 dollar, yəni, təxminən 10 400 manata çatıb. Hansı ki, məsələn, 2018-ci ildə qiymət 4150 dollar, yəni, 7055 manat olub. Deməli, ötən müddət ərzində qiymət 3400 manata yaxın - az qala 50 faiz artıb.

Artıq heç kimə sir deyil ki, Azərbaycanda əksər sahələrdəki monopoliya “məğlubedilməz və ölməzdir”. Həcc ziyarətinin təşkilindəki monopoliya isə bu azarın mənəvi dəyərlərimizə, dinimizə, məzhəbimizə, bir sözlə, iliyimizə qədər işlədiyinin göstəricisidir.

Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsi(QMİ) vasitəsilə Həccə getmək mümkündür. Müxtəlif operatorların olmaması alternativ qiymət və xidmət paketlərinin təklif olunmamasına, beləliklə də qiymətlərin yüksək və rəqabətsiz qalmasına, eyni zamanda, ilbəil artmasına səbəb olur.

“Dünya malında gözü olmayan” Hacı Allahşükür Paşazadənin “müdrik rəhbərliyi” altında Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinin qiymətini kefi istədiyi kimi və əlbəttə, dindarların deyil, öz tələbatlarına uyğun şəkildə tənzimləyir. Bu “tənzimləmənin” kriteriyaları necə “mükəmməl”, nə qədər “Allah rizası üçün” hesablanırsa, Səudiyyə Ərəbistanından Azərbaycanla müqayisədə dəfələrlə uzaq məsafələrdə yerləşən ölkələrdən Həcc ziyarətinə getmək bizimlə müqayisədə daha ucuzdur. Paşazadənin təşkilatı bunun gerçək səbəblərini – öz tamahkarlığını gizlətmək üçün Tarif Şurasının qaz, su, işıq, nəqliyyat və s. bahalaşmalarını izah etdiyi üsullara bənzər ABSURD izahlar uydurur. Qurumun builki bahalaşma ilə bağlı izahında deyilir: “Bütün ölkələrdə müşahidə edilən qiymət artımları(?), habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib”. Günahın ərəblərin üstünə atılmasını başa düşdük, amma “bütün ölkələrdə müşahidə edilən qiymət artımları” ifadəsinin Azərbaycandan Həcc ziyarətinin təşkililə hansı əlaqəsinin olduğunu başa düşmədik.

Birincisi, “bütün ölkələr” deyərkən hansılar nəzərdə tutulur və oradakı hansı qiymətlərin artımından söhbət gedir?

İkincisi, həmin “bütün ölkələr”də bahalaşmanın Azərbaycandan Həccə ziyarət təşkil edilməsinə nə aidiyyatı var? Onlarda ucuzlaşma olanda, bizdə nəsə ucuzlaşır? Məsələn, Banqladeşdə Həcc ziyarətinin qiyməti 500 dollar artıbsa, bunun Azərbaycandan ziyarət təşkili xərclərinə nə dəxli var? Bizə lazım olan təyyarə bileti və dindarların orada yerləşdirilməsinə, tibbi sığortasına və s. aid xərclərin miqdarıdır. Bunlarınsa nə şərti Bnaqladeşə, nə də Madaqskara dəxli yoxdur. Yəni, bu o deməkdir ki, alverçi təfəkkürü və maraqları ilə idarə olunan Paşazadənin idarəsi qiymət artımına zəhmət çəkib düz-əməlli bəhanə də uydurmağa tənbəllik çəkir.

Təbii ki, idarədən kimsə durub bahalaşmanı “Şeyxin “rasxodları” artıb” kimi daha real və həqiqətəuyğun səbəblə izah etməyəcək. Amma hər halda, səbəb uydurarkən, daha kreativ bəhanələr tapmaq olardı. Məsələn, həmin qurum 2023-cü ildəki bahalaşma qərarını dünyada gedən müharibələrlə izah etmişdi: “Dünyada müharibə səbəbindən ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu isə hotellərdə qiymətlərin artmasına təsir göstərib. Müharibə fonunda dünyada baş verən iqtisadi böhranlar qiymətləri bahalaşdırıb"…

Əslində isə bütün dünyada Həcc ziyarətinin təşkili fərqli formalarda həyata keçirilir. Bu prosesdə təkcə mərkəzləşdirilmiş rəsmi dövlət qurumları deyil, özəl şirkətlər də iştirak etdiyindən təbii rəqabət yaranır. Rəqabət qiymətlərə müsbət təsir edir, onları aşağı salır. Azərbaycanda isə QMİ bu prosesi elə “qamarlayıb” ki, bircə özəl şirkət də Həcc ziyarətinin təşkilinə yaxın belə düşə bilmir.

Paşazadənin idarəsi təkcə Həccə qoyduğu qiymətlərlə deyil, ümumilikdə saxtakar mahiyyəti ilə, apardığı (əgər belə demək mümkünsə) “dini siyasət”lə, dini biznesə çevirməsi, Şeyxülislam başda olmaqla, qurumun başında duranların lüks həyatı, var-dövləti, imarətləri ilə xalqın dinə, mənəviyyata olan münasibətini, inamını da cılızlaşdırır…

Nəticədə cəmiyyətimizdə zatən hökm sürən və getdikcə daha da dərinləşən varlı-kasıb təbəqələşməsi dini çevrələrdə də özünü aşkar şəkildə təcəssüm etdirir, rüşvət alan, xalqın malını talayan, ev yıxan, müğənni saxlayan “həci”lərin sayı varlığını Allaha təslim edən gerçək Hacı dindarlarımızı əzə-əzə üstələyir.

Artıq statistika göstərir ki, Həccə getmək istəyənlərin, yaxud buna imkanı çatanların sayı da ilbəil azalır. Bir zamanlar - monopoliya olmayan, ayrı-ayrı özəl şirkətlərin də səfər təşkil edə bildiyi dövrlərdəki qısa zaman kəsiyində Azərbaycanın Həcc ziyarəti kvotası 5000 nəfərə çatırdısa, hazırda 1200-1300 nəfərlik kvota belə çətinliklə dolur. Bu o deməkdir ki, inhisarçılıq, saxtakarlıq, talançılıq tək iqtisadi, maliyyə, sosial imkanlarımızı deyil, dindarlığımızı da “ixtisar edir”…

Cəlal Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri