Icma.az
close
up
RU
Şeyxülislam Özbəkistanın ali ordeni ilə təltif olundu

Şeyxülislam Özbəkistanın ali ordeni ilə təltif olundu

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyulun 10-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxi Allahşükür Paşazadəni qəbul edib.

Azpost.info bildirir ki, bu barədə QMİ mətbuat xidməti məlumat yayıb.

Özbəkistanla Azərbaycanla arasında mövcud olan siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsindən məmnunluğunu ifadə edən Özbəkistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi böyük işləri vurğulayıb, Azərbaycanla Özbəkistan arasındakı müttəfiqlik münasibətlərindən danışıb.

Şavkat Mirziyoyev mənəvi əlaqələrin də inkişaf edtirilməsinin zəruriliyini qeyd edərək, bu gün Özbəkistanın renesans dövrünü yaşadığını, islam irsinin qorunduğunu, xüsusilə İslam Sivilizasiyası Mərkəzinin fəaliyyətə başlaması, Səmərqənddə İmam Buxari Memorial Kompleksinin bərpa olunduğunu diqqətə çatdırıb. Bu günlərdə Özbəkistanda təqdimatı keçirilən ‘’Qardaşlıq və Müttəfiqliyin Ali Zirvəsi’’ kitabına görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirib. Allahşükür Paşazadə də öz növbəsində Özbəkistan Prezidentinə dərin minnətdarlığını ifadə edərək, Özbəkistanın bu gün yüksək inkişaf və quruculuq yolunda olduğunu deyib.

Daha sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şeyxülislam Allahşükür Paşzadəyə ‘’El-yurt hurmati’’ (Xalqın və Vətənin Hörməti) ordenini təqdim edib. Bununla bağlı Prezident Şavkat Mirziyoyev tərəfindən imzalanmış Fərmanda Allahşükür paşazadənin mənəvi və maarifçilik fəaliyyətlərinin inkişafına töhfə verməsi, dinlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, sülh, humanizm və maarifçilik ideyalarının yayılması, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi, dini sahədə ixtisaslı mütəxəssislərin hazırlanması, gənclərin ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi istiqamətləri üzrə xidmətləri qeyd olunub.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 İyul 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri