Günay Əfəndiyeva Özbəkistanın mədəniyyət elçisi medalı ilə təltif edilib
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif olunub. Bu yüksək mükafat ona Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə təqdim edilib.
525.az xəbər verir ki, iyulun 2-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov medal və ona aid sertifikatı Günay Əfəndiyevaya təqdim edib. Nazir millət vəkilini təltif münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Günay Əfəndiyeva göstərilən yüksək diqqət və etimada görə Özbəkistanın mədəniyyət nazirinə minnətdarlığını bildirib və bu mükafatı iki qardaş ölkə arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi yolunda bir təşviq kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 02 İyul 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















