Icma.az
close
up
RU
Şeyxülislam G20 platformasında

Şeyxülislam G20 platformasında

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində keçirilmiş G20 Dinlərarası Forumunda iştirak edib.

10-14 avqust tarixlərində baş tutmuş Forumun mövzusu “İman fəaliyyətdə” olub.

Qeyd edək ki, G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. QMİ sədri tədbirə G20 Dinlərarası Forumun Prezidenti Kol Dürham tərəfindən dəvət almışdı.

Açılış iclasında çıxış edən Şeyxülislam A.Paşazadə Keyptaun Forumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

Bildirib ki, “Böyük İyirmilik” ərəfəsi Dinlərarası Forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilib.

QMİ sədri vurğulayıb ki, beynəlxalq sabitliyə təhdid olan ksenofoboya təzahürləri, etnik, dini, irqi ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması cəhdləri, süni intellektin fəsadları, sürətlə silahlanma, real nüvə təhlükəsi bütün bəşəriyyət üçün ən böyük təhlükələrdir.

Şeyxülislam A.Paşazadə bildirib ki, həqiqətən, dinlərin, imanın potensialı, ümumbəşəri dəyərlər və insan qardaşlığı çağırışları bütün problemlərin həllinə yardımçı ola bilər.

Şeyxülislam A. Paşazadə çıxışında Forumun mövzularına toxunaraq deyib ki, Azərbaycan tolerantlıq, multikulturalizm diyarı olaraq qlobal müstəvidə dinlər, sivilizasiyalar arasında dialoq prosesində aparıcı rol oynayır.

QMİ sədri həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin məlum qətnamələrini yerinə yetirərək işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Forum çərçivəsində Şeyxülislam A. Paşazadə bir sıra görüşlər keçirib.

Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin sədri dr.İbrahim Salih əl-Nəimi Azərbaycanın dinlərarası və məzhəblərarası modelinin olduqca uğurlu olub, bütün dünya üçün dəyərli örnək olduğunu vurğulayıb, Azərbaycanın Qarabağ Zəfərinin müsəlman dünyası üçün önəminə toxunub.

BMT Baş Katibinin sabiq müavini, Soyqırırımlarla Mübarizə üzrə Ali Komissar olmuş, hazırda Müsəlman Ağsaqqalları Şurası (MAŞ) Baş Katibinin müşaviri Adama Dienq və MAŞ Baş Katibinin məsləhətçisi Məhəmməd Bəhr ilə görüşdə Azərbaycanın multikultural modelinin dəyərli təcrübə olduğunu qeyd olunub. Bəhreyndə keçirilən İslamdaxili dialoqa dair Yekun Sənədin bünövrəsində məhz Azərbaycanın uğurlu məzhəblərarası anlaşma modelinin durduğunu xüsusi vurğulanıb.

Şeyxülislam A. Paşazadə Forumda iştirak edən Özbəkistan nümayəndə heyəti ilə görüşüb. Özbəkistan Prezidentinin ictimai-siyasi inkişaf üzrə müşaviri Ruslanbek Davletov və Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Muzaffar Kamilov ilə səmimi şəraitdə keçən görüşdə qardaş, müttəfiq Azərbaycan və Özbəkistan arasında dini-mənəvi əlaqələrin dərinləşməsinin önəmi vurğulandı, qarşıdakı perspektivlər müzakirə olundu.

ABŞ Dövlət Departamentinin Dini Azadlıqlar Komissiyasının komissarı cənab Məhəmməd Elsanusi ilə görüşdə ABŞ vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması istiqamətində qazanılan uğur barədə danışılıb, ABŞ Prezidenti cənab Donald Trampın rolu vurğulanıb. Azərbaycandakı dini konfessiyaların ABŞ-a səfəri və Dini Azadlıqlar Komissiyası ilə ünsiyyət perspektivi müzakirə edilib. Bu əsnada, Şeyxülislam A. Paşazadə dini azadlıqlara dair hesabatlar hazırlanarkən Azərbaycandakı reallıqlara əsaslanmanın vacibliyinə vurğulayıb.

G20 Dinlərarası Forumda ölkəmizi təmsil edən Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov görüşlərdə iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Keyptaunda keçirilən G20 Dinlərarası Forumunda iştirakı Azərbaycanın beynəlxalq dini-humanitar siyasətində diqqətçəkən məsələdir. Bu tədbirdə iştirak ölkəmizin yalnız dini sahədə deyil, həm də ümumi beynəlxalq münasibətlər sistemində fəal rolunun göstəricisi kimi çıxış edir.

Son illər Azərbaycan beynəlxalq platformalarda tolerantlıq və multikulturalizm sahəsindəki uğurlu təcrübəsini fəal şəkildə təbliğ edir. Keyptaun Forumu bu baxımdan əlverişli meydan oldu. Azərbaycan nümayəndə heyəti Forumda bir daha sübut etdi ki, ölkəmizdə müxtəlif dini konfessiyalar arasında həmrəylik və qarşılıqlı hörmət dövlət siyasətinin əsas prioritetlərindən biridir.

G20 kimi nüfuzlu beynəlxalq strukturların təşəbbüsü ilə keçirilən dinlərarası toplantılar eyni zamanda siyasi-humanitar format kimi çıxış edir. Azərbaycanın belə platformalarda fəallığı, dini liderlərin yüksək səviyyəli beynəlxalq debatlarda iştirakı ölkənin humanitar diplomatiyasının geosiyasi miqyasda genişlənməsinə xidmət edir. Bu cür iştiraklar həm qarşılıqlı etimadın formalaşmasına, həm də yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olur.

Allahşükür Paşazadə beynəlxalq tədbirlərdə Qarabağla bağlı həqiqətləri diqqətə çatdırmağa xüsusi önəm verir. Keyptaun Forumu da bu mənada istisna olmadı. Ermənistanın işğal dövründə dini-mədəni irsə qarşı törətdiyi vandalizm faktlarının beynəlxalq din xadimləri və siyasətçilərin nəzərinə çatdırılması baxımından mühüm platforma oldu. Bu, Azərbaycan diplomatiyasına əlavə informasiya dəstəyi kimi qiymətləndirilir.

Forumun Cənubi Afrikada keçirilməsi Azərbaycana Afrika qitəsi ilə dini-humanitar əlaqələri genişləndirmək üçün xüsusi imkan yaratdı. Bu region ölkəmizin diplomatik xəritəsində yeni prioritet istiqamətlərdən biri kimi formalaşır. Din xadimləri səviyyəsində qurulan əlaqələr gələcək siyasi və humanitar əməkdaşlıqlar üçün etibarlı baza rolunu oynaya bilər.

Forumun əsas mesajları və onların Azərbaycan üçün əhəmiyyəti nədir?

Dinlərarası dialoq qlobal sabitlik üçün vacibdir: Azərbaycan bu sahənin beynəlxalq təşviqi üzrə aparıcı ölkələrdəndir və bu mesaj onun siyasətinə beynəlxalq dəstək kimi çıxış edir

Dini dəyərlərin qlobal problemlərin həllində rolu: Bakı bu istiqamətdə müxtəlif beynəlxalq təşəbbüslərdə aktiv iştirak edir və Forum yeni platformalar açır.

İslamofobiya və irqçiliklə mübarizə çağırışı:        Ermənistanın təbliğatının qarşısının alınması baxımından Azərbaycana əlavə arqument formalaşdırır.

Gənclərin maarifləndirilməsi və radikalizmə qarşı mübarizə: Azərbaycanın DQİDK və QMİ vasitəsilə həyata keçirdiyi gənclər siyasəti beynəlxalq səviyyədə aktual nümunə kimi göstərilə bilər

Multikulturalizmin alternativsiz model olması: Bu model Azərbaycan dövlətçilik strategiyasının əsasıdır və Forumda bu yanaşmanın dəstəklənməsi ölkəmizin mövqelərinin güclənməsinə xidmət edir.

Şeyxülislam Allahşükür Paşazadənin Keyptaundakı G20 Dinlərarası Forumunda iştirakı Azərbaycanın dini diplomatiyasının tərkib hissəsi olaraq əhəmiyyət kəsb edir. Forumun əsas mesajları – dialoq, multikultural dəyərlərin təşviqi, radikalizmlə mübarizə və humanitar əməkdaşlıq – Azərbaycanın həm daxili, həm də xarici siyasətində prioritet istiqamətlərlə tam uzlaşır. Bu, ölkəmizin beynəlxalq arenada yalnız siyasi deyil, dini-humanitar sahədə də aktiv oyunçuya çevrildiyini bir daha göstərir.

Aydın ABBASOV

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri