Icma.az
close
up
RU
Səyyar Gənclər Xidməti Goranboy rayonunda

Səyyar Gənclər Xidməti Goranboy rayonunda

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 avqust, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən Səyyar Gənclər Xidməti bu dəfə Goranboy rayonunda öz missiyasını davam etdirir. “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə keçirilən layihə avqustun 29-dək rayon gənclərinə xidmət göstərəcək.

Gənclər Fondunun dəstəyi ilə ölkənin müxtəlif şəhər və rayonlarında, ucqar kəndlərində reallaşdırılan layihənin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış tarixi Qələbənin əhəmiyyətini, dövlət müstəqilliyimizin dəyərini və suverenliyimizin bərpasının məzmununu gənclərə daha geniş şəkildə təqdim etməkdir.

Fonddan AZƏRTAC-a verilən məlumata görə, layihə gənclərin Vətənə bağlılıq, dövlətçilik prinsiplərinə sədaqət və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına töhfə verməklə yanaşı, dövlət gənclər siyasəti çərçivəsində mövcud imkanların və yeni təşəbbüslərin region gəncləri üçün daha əlçatan və faydalı olmasını hədəfləyir.

Səyyar Gənclər Xidmətinin Goranboydakı açılış mərasiminin rəsmi hissəsi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək layihənin gənclərə yeni biliklər qazandırması ilə yanaşı, həm də onların dövlətçilik dəyərlərinə sadiq, öz potensialını kəşf edən və sosial mühitdə daha güclü gənc kimi formalaşmağa şərait yaratdığını bildiriblər.

Açıq hava şəraitində keçirilən layihənin zəngin proqramı çərçivəsində Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gənclərlə müxtəlif istiqamətlər üzrə maarifləndirici görüşlər keçiriblər. Bununla yanaşı, təşkil edilən müxtəlif sessiyalarda gənclər peşə seçimi və karyera yolları, şəxsi inkişaf və motivasiya, könüllülüyün əhəmiyyəti, süni intellekt texnologiyalarının yaratdığı imkanlar, sağlam və təhlükəsiz həyat tərzi barədə faydalı biliklər əldə ediblər.

Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı xüsusi zonalar isə iştirakçılara yaradıcılıqlarını nümayiş etdirmək, intellektual potensiallarını artırmaq və bacarıqlarını inkişaf etdirmək üçün geniş şərait yaradıb. Həmin zonalarda gənclər interaktiv təlimlər, vörkşoplar, intellektual yarışlar, sərgilər və master-klasslarda fəal iştirak ediblər. Komanda işinə yönəlmiş yarışlar, stolüstü oyunlar və digər əyləncəli tədbirlər isə gənclərin həm asudə vaxtlarını səmərəli dəyərləndirməsinə, həm də yeni dostluqlar quraraq ünsiyyət bacarıqlarını möhkəmləndirməsinə imkan yaradıb. Xüsusi fəallığı ilə seçilən gənclər hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, bu ilin oktyabrın axırınadək ölkənin 15 şəhər və rayonunu, eyni zamanda, ən ucqar kəndləri əhatə edən “Səyyar Gənclər Xidməti” layihəsi Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri