Icma.az
close
up
RU
“Səyyar Gənclər Xidməti” Tərtərdə

“Səyyar Gənclər Xidməti” Tərtərdə

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizin müxtəlif şəhər, rayon və ucqar kəndlərində uğurla icra edilən “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Tərtər şəhəri olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə keçirilən layihə 22 avqust tarixinədək Tərtər gəncləri üçün öz işini davam etdirəcək.

Dövlətimizin başçısının elan etdiyi 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Səyyar Gənclər Xidməti”nin əsas missiyası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı Qələbənin və ölkənin suverenliyinin bərpasının gənclər arasında təbliği, respublikamızda gənclərin vətənpərvərlik, dövlətçilik prinsipləri, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması, eyni zamanda, dövlət gənclər siyasətinin təqdim etdiyi imkanların – məşğulluq, innovasiya, təhsil, sosial layihələr və digər istiqamətlər üzrə təşəbbüslərin region gəncləri üçün əlçatanlığının təmin edilməsidir.

“Səyyar Gənclər Xidməti”nin Tərtərdəki açılış mərasiminin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Ardınca çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev layihənin gənclər üçün əhəmiyyətini yüksək qiymətləndirərək, dövlətçilik dəyərlərinin təbliğində mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, bu təşəbbüs təkcə gənclərin bilik və bacarıqlarının inkişafına deyil, həm də onların sosial aktivliyinin, milli birlik və vətənpərvərlik ruhunun güclənməsinə xidmət edir.

Rəsmi hissədən sonra açıq hava şəraitində Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Tərtər Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılar üçün maarifləndirici təlimlər keçirilib. Eyni zamanda, peşəkarların təqdimatında ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf və motivasiya, könüllülük fəaliyyəti, süni intellekt alətlərinin yaratdığı imkanlar, sağlam və təhlükəsiz həyat mövzularında sessiyalar təşkil olunub. Bununla yanaşı, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera”, “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik və Əyləncə” adlı müxtəlif zonalarda gənclərin yaradıcılıq və intellektual potensialını üzə çıxaran interaktiv fəaliyyətlər – vörkşoplar, master-klasslar, intellektual oyunlar, viktorinalar və sərgilər təşkil olunub. Komanda əsaslı əyləncələr, stolüstü oyunlar və digər sosial proqramlar gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də qarşılıqlı əlaqələrinin güclənməsinə töhfə verib.

Sonda fəallığı ilə seçilən iştirakçılara mükafatlar təqdim olunub.

Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri