Icma.az
close
up
RU
“Səyyar Gənclər Xidməti”nin Daşkəsən günləri

“Səyyar Gənclər Xidməti”nin Daşkəsən günləri

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən, gənclərin Vətənə sadiq, dövlətçilik ənənələrinə bağlı və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına dəstək göstərmək, eləcə də dövlət gənclər siyasəti çərçivəsində təqdim edilən imkanların və həyata keçirilən təşəbbüslərin bölgə gəncləri üçün daha geniş şəkildə əlçatanlığını təmin etmək məqsədi daşıyan“Səyyar Gənclər Xidməti” bu həftə Daşkəsən rayonunda  fəaliyyətdədir.

525.az xəbər verir ki, “Səyyar Gənclər Xidməti” layihəsi günlərinin açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev və Vətən müharibəsi qazisi Ceyhun Əliyev, eləcə də yerli gənclər öz çıxışlarında layihənin dövlətçilik dəyərlərinin qorunması, gənclərin vətənpərvərlik şüurunun gücləndirilməsi və sosial bacarıqlarının artırılması istiqamətində əhəmiyyətli rol oynadığını vurğulayıblar.

İştirakçılar üçün Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də digər qurumlarla tərəfdaşlıq çərçivəsində maarifləndirici təlimlər təşkil edilib. Həmçinin  gənclər üçün ixtisas seçimi, şəxsi və karyera  inkişafı, könüllülük fəaliyyəti, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və sağlam həyat tərzi mövzuları üzrə sessiyalar keçirilib.

Gənclər “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera”, “Əyləncə” adlı müxtəlif zonalarda interaktiv fəaliyyətlərə yönəlmiş vörkşop, master-klass, intellektual oyun və sərgilərdə fəal iştirak ediblər. Komanda işinə əsaslanan fəaliyyətlər, müxtəlif stolüstü oyunlar və interaktiv proqramlar gənclərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaradıb, onların şəbəkələşmə və ünsiyyət bacarıqlarının möhkəmlənməsinə töhfə verib.

Tədbirin sonunda fəal gənclərə hədiyyələr təqdim edilib.

Cümə gününədək Daşkəsəndə davam edəcək tədbirlərə yüzlərlə gənc qatılacaq.

Xatırladaq ki, cari ilin oktyabr ayının sonunadək ölkənin 15 şəhər və rayonunda, o cümlədən ucqar məntəqələrində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulan “Səyyar Gənclər Xidməti “ Gənclər Fondunun dəstəyi ilə yanaşı, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Zakir Muradov,

Daşkəsən - Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri