Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Səyyar Gənclər Xidməti Göygöldə

Səyyar Gənclər Xidməti Göygöldə

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Göygöl gənclərinin iştirakı ilə uğurla davam etdirilir. Göygöl rayonunda sentyabrın 5-dək həyata keçiriləcək layihə yüzlərlə gəncin bilik, bacarıq və liderlik potensialının inkişafına mühüm töhfə verməklə yanaşı, onların milli dəyərlərə bağlılığını da gücləndirməyi nəzərdə tutur.

Gənclər Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Səyyar Gənclər Xidməti” layihəsinin Göygöldəki açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə İbrahimova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxışlarında layihənin dövlətçilik dəyərlərinin qorunması, gənclərin vətənpərvərlik şüurunun gücləndirilməsi və sosial bacarıqlarının artırılması istiqamətində əhəmiyyətli rol oynadığını vurğulayıblar.

Layihə müddətində açıq hava şəraitində iştirakçılar üçün Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də Göygöl Peşə Məktəbi ilə tərəfdaşlıq çərçivəsində maarifləndirici təlimlər təşkil edilib. Həmçinin peşəkar təlimçilər tərəfindən gənclərə ixtisas seçimi, şəxsi və karyera inkişafı, könüllülük fəaliyyəti, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və sağlam həyat tərzi mövzularında sessiyalar keçirilib.

Bununla yanaşı, gənclər “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı müxtəlif zonalarda yaradıcılıq bacarıqlarını və intellektual potensiallarını inkişaf etdirən interaktiv fəaliyyətlərə yönəlmiş vörkşoplarda, master-klasslarda, intellektual oyunlarda, sərgilərdə fəal iştirak ediblər. Komanda işinə əsaslanan fəaliyyətlər, müxtəlif stolüstü oyunlar və digər interaktiv proqramlar gənclərin asudə vaxtlarını daha səmərəli keçirməsinə şərait yaratmaqla yanaşı, onların şəbəkələşmə imkanlarını genişləndirib, ünsiyyət bacarıqlarının möhkəmlənməsinə dəstək olub. Tədbirin sonunda fəallığı ilə seçilən gənclərə motivasiyaedici hədiyyələr təqdim edilib.

Azərbaycan Prezidenti tərəfindən elan olunmuş 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılan “Səyyar Gənclər Xidməti” layihəsi dövlətimizin əldə etdiyi tarixi Zəfərin, suverenliyimizin bərpasının və müstəqilliyimizin mahiyyətinin gənc nəsil arasında geniş şəkildə təbliğini hədəfləyir. Layihənin məqsədi, həmçinin gənclərin Vətənə sadiq, dövlətçilik ənənələrinə bağlı və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına dəstək göstərmək, eyni zamanda, dövlət gənclər siyasəti çərçivəsində təqdim edilən imkanların və həyata keçirilən təşəbbüslərin bölgə gəncləri üçün daha geniş şəkildə əlçatanlığını təmin etməkdir.

Xatırladaq ki, cari il oktyabrın sonunadək ölkənin 15 şəhər və rayonu, o cümlədən ucqar kəndlərindən olan minlərlə gənci əhatə etməsi nəzərdə tutulan Səyyar Gənclər Xidməti Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri