Icma.az
close
up
RU
“Seyyida, ölmərəm, aləmdə səsim var mənim”

“Seyyida, ölmərəm, aləmdə səsim var mənim”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Seyid Əzim Şirvani – 190

Prezident İlham Əliyev aprelin 4-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 iliyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirib, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynayıb. Parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirib, didaktik əsərlərində isə humanizm ideyalarını təbliğ edib. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoyub.

Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində anadan olub. Atasını erkən itirib və Dağıstanda ana babası molla Hüseynin himayəsi altında böyüyüb. Ərəb və fars dillərini, eyni zamanda, bir neçə Dağıstan dilini dərindən öyrənib. 1853-cü ildə – 18 yaşında ikən o, anası ilə Şamaxıya qayıdıb. O zaman Azərbaycanda mədəni-maarif sahəsində köhnəlik, sxolastika hələ çox qüvvətli idi. Elə millətin geriliyi onu şair kimi qələmə sarılıb fanatizmi tənqid etməyə vadar edib. Sonra İraqda və Suriyada ali ruhani təhsil alan gənc şair dünyəvi elmlərə də böyük maraq göstərib. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada öz hesabına yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər müəllimlik edib. Şamaxının bəzi savadsız dairələri onu gözdən salmaq məqsədilə hər yanda geniş təbliğatlar aparıb və şairi “kafir”, “səfeh” adlandırıb. Amma bütün bunlar Seyid Əzimin tarixə düşməsini əngəlləyə bilməyib. Mirzə Ələkbər Sabir, Sultan Məcidn Qənizadə və bir sıra başqa gələcək yazıçılar məhz onun məktəbində oxuyublar.

Zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən müəllim-şairin bədii irsi biri Azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuliyə yazdığı nəzirələr də var. Lakin o, əsasən öz qəzəlləri ilə tanınıb. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir. Müəllifin şeirə hərarət və can verən dərin lirikası olub.

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

Seyid Əzim Şirvani yaradıcılığının 2-ci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirləri ilə başlayır ki, burada da realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində nəşrə başlamasının 150 illiyini qeyd etməyə hazırlaşdığımız “Əkinçi” (1875–1877) qəzetinin mühüm rolu olub. Məhz “Əkinçi”nin təsiri ilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazırdı. Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. “Əkinçi”də çap etdirdiyi şeirləri ilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs “Əkinçi” cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat.

Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir. Hələ orta məktəb illərindən bildiyimiz bu kimi nümunələr indi də yaşarıdır:

Cəfər, ey nuri-dideyi-Seyyid,
Qönçeyi-növrəsideyi-Seyyid!
İttifaq eylə dust ilə hər an,
İttifaq ilə əmr olur asan...

Seyid Əzim Şirvaninin yaradıcılığında satiralar da xüsusi yer tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata”, “Qafqaz müsəlmanlarına xitab” və s. satiralarıdır.

Azərbaycan ədəbi tarixində Seyid Əzim yeganə şəxs idi ki, 1877-ci ildə “Uşaqların baharı” adlı dərslik yazaraq şagirdlərə vətənlərinə məhəbbət hissi aşılayır, onlara öz tarixi və mədəni irsinə görə qürur duymaq, vətəninə layiqli övlad olmaq ideyalarını təlqin edirdi. Həmin dərsliyin yazılmasında vətənpərvərlik əsas hədəf idi. Lakin bu, çar hökumətini qorxutduğu üçün dərslik yığışdırıldı, Seyid Əzimə xəbərdarlıq edildi və bütün nəşr evlərinə tapşırıldı ki, bu çap edilsə, ağır cəzalar olacaq...

Şairin qəzəlləri ayrı bir aləmdir. Musiqiçilərin tez-tez müraciət etdikləri bu şeirlərdə həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Mərhum xanəndəmiz Hacıbaba Hüseynov bizə verdiyi müsahibəsində Seyid Əzimdən sonsuz sevgi ilə bəhs edərək deyirdi ki, o, Azərbaycan əruzunun parlaq bir ulduzudur. 190 yaşlı böyük şair, təxminən, 140 il əvvəl dünyasını dəyişsə də, sanki, bu gün bizim müasirimizdir.

Nəhayət, qeyd edək ki, cəmi 53 il yaşamış ölməz söz sənətkarı Şamaxıda dahi Nəsiminin qardaşı Şah Xəndanın uyuduğu və adını daşıyan qəbiristanlıqda dəfn olunub. Bununla bağlı Seyid Əzim Şirvaninin məşhur vəsiyyəti də olub: “Mən öləndə Şah Xəndanda basdırın, cünki onun şahidi-xəndanı var”.

Bu məşhur beyt də onundur:

Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see291

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see258

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see234

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see233

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see232

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see229

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see223

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see220

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see216

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see213

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

22 Sentyabr 2026 20:18see195

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see189

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? Tramp açıqladı

22 Sentyabr 2026 20:19see174

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

22 Sentyabr 2026 20:44see173

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see172

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see171

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see165

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see165

Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır Video

22 Sentyabr 2026 20:31see162

Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi Video

22 Sentyabr 2026 20:31see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri