Icma.az
close
up
RU
Polkovnik yeni generaldan yazdı: “Atası...”

Polkovnik yeni generaldan yazdı: “Atası...”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin sentyabrın 30-da imzaladığı sərəncamla, general-mayor ali hərbi rütbəsi verilən Anar İsmayılovla bağlı yeni detallar məlum olub. 

“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin keçmiş rəisi, istefada olan polis polkovniki Rahib Qarayev sosial şəbəkə səhifəsində A.İsmayılovla bağlı xatirələrini bölüşüb. 

Onun sözlərinə görə, Anar İsmayılovun atası, keçmiş polis əməkdaşı Müslüm İsmayılovla bir yerdə işləyib:  Pepperoni pizza

“Laçın rayonunun Sadınlar kəndindən olan Müslüm kişi uzun illər boyu daxili işlər orqanlarında çalışmış, hazırda isə təqaüdçü həyatı yaşayan həmyerlimdir.

Tale elə gətirdi ki, mən daxili işlər orqanlarında xidmətə Müslüm İsmayılovun çalışdığı qurumda (keçmiş partiya və sovet orqanlarını mühafizə edən Milis şöbəsi) başladım. Çiynində illərlə qazanılmış təcrübə olan Müslüm İsmayılov rəisimizin müvafiq əmri ilə mənə hami tərbiyəçi təyin olundu. Bir il müddətində ondan çox şey öyrəndim. Onun dəyərli tövsiyyələri həyatımın  sonrakı mərhələlərində də yoluma işıq saldı, bu çətin yolda inamla addımlayaraq "polkovnik" rütbəsinə qədər yüksələ bildim.

Xidmət yollarımız ayrılsa da, qazandığım uğurlarda mühüm rolu olmuş Müslüm kişini heç vaxt unutmadım. Hətta sevimli nəvəsinin (Anarın oğlunun) toy şənliyində də yanında oldum... Anar isə, belə demək mümkünsə, gözlərimin önündə böyüdü. Orta məktəbi bitirib ali təhsil aldı, çox mühüm bir dövlət qurumunda işə qəbul olundu, Baş idarə rəisi vəzifəsinədək yüksəldi. İki gün əvvəl isə... hörmətli Prezidentimizdən hamımızı sevindirən bir sərəncam...

Təbrik üçün zəng etdim. Telefonu məşğul idi. Az sonra özü zəng etdi:

-Bağışlayın, Rahib əmi, rəhbərliklə danışırdım.

General rütbəsinə layiq görülməsi münasibətilə təbrik etdim. İlk sözü bu oldu ki, mən iş yerində generalam, sizin üçün Anaram!”. 

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri