Icma.az
close
up
RU
Sezai Özçəlik: Trampın Ərdoğanı tərifləməsi Netanyahu üçün böyük zərbə oldu SÖHBƏT

Sezai Özçəlik: Trampın Ərdoğanı tərifləməsi Netanyahu üçün böyük zərbə oldu SÖHBƏT

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əgər Netanyahu Trampa “beşlik” versə, Trampın dost dediyi Ərdoğana qarşı necə reaksiya verəcəyini təxmin etmək çətin deyil


Mən Ərdoğanı sevirəm, o da məni sevir. Mətbuatın Ərdoğanı sevməyimə qəzəbləndiyini bilirəm, amma mən onu sevirəm. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib. Türkiyə ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayan Tramp Ankaranı təbrik edib. O bildirib ki, Ərdoğan Suriyada heç kimin edə bilmədiyini etdi. Ərdoğan həqiqətən güclü və çox ağıllı insandır. Heç kimin bacara bilmədiyi şeyə nail oldu. Biz bunun haqqını verməliyik. Tramp İsrail Baş naziri Benyamin Netanyahuya Türkiyə ilə hər hansı problemi varsa, onu həll edə biləcəyini, amma məntiqli davranmalı olduğunu da söyləyib. 


Mövzuyla bağlı Çankırı Karatekin Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Beynəlxalq Əlaqələr Bölməsinin professoru Sezai Özçelik “Sherg.az”ın suallarını cavablandırıb. 


-Bəy, Tramp və Netanyahu arasında Ağ Evdə baş tutan son görüş nə ilə yadda qaldı?

-Bu görüş Trampın noyabr ayında ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra dördüncü dəfə idi ki, baş tuturdu. Əvvəlcədən planlaşdırılmamışdı. Netanyahu Macarıstana rəsmi səfəri zamanı Orban vasitəsilə Trampa zəng etdi və görüş tamamilə kortəbii şəkildə baş verdi. Lakin görüş Netanyahunun gözləmədiyi üç məsələ ilə bağlı ciddi soyuq duş effekti alması ilə yadda qaldı.


-Bu gözlənilməz məqamlar nədən ibarət idi?

-Birincisi, Netanyahu Trampın gömrük tarifləri məsələsində İsraili qoruyacağını düşünürdü, amma belə olmadı. İkincisi, Netanyahunun şənbə günü ABŞ və İran arasında yüksək səviyyəli danışıqların olacağını eşitməsi onu ciddi narahat etdi. Trampın Prezident Ərdoğana açıq şəkildə yüksək qiymət verməsi, onu tərifləməsi Netanyahu üçün ən böyük zərbə oldu. O, Trampdan tam əksini Zelenski kimi Ərdoğanı da dünya mətbuatı qarşısında əzəcəyini gözləyirdi. Eyni zamanda Qəzzadakı 59 girovla bağlı heç bir müzakirənin aparılmaması və mətbuat konfransında da bu məsələnin  gündəmə gətirilməməsi maraq doğurur.


-Görüşün ABŞ-Türkiyə münasibətləri üçün hansı əhəmiyyəti oldu?

-İlk dəfə olaraq ictimaiyyət bağlı qapılar arxasında nələrin danışıldığını hiss etdi. Netanyahu görüşdə Suriyada İsrail ilə Türkiyənin müharibə həddinə gəldiyini açıq şəkildə dilə gətirdi. Bu, Türkiyənin daxili siyasətində “kürd açılımı”nın niyə həyata keçirildiyini də müəyyən qədər izah edir. Şərhçilərin aylardır Türkiyə telekanallarında dediklərinin müəyyən mənada gerçəkləşib-gerçəkləşməyəcəyi sualı ən yüksək səviyyədə gündəmə gətirilib. Vəziyyət bir zamanlar Kipr məsələsində Türkiyə və Yunanıstan arasında yaşanan böhranı xatırladır. Amma sağ qalmaq problemi yaradan bir çox mövzuda Türkiyənin əlinin bağlı olduğu şübhəsizdir. Tramp mətbuat qarşısında Ərdoğanı tərifləsə də, əslində “aba altında sopa göstərir". Yəni kim mənimlə yaxşı yola gedirsə, o qalib gələr demək istəyir. Bu baxımdan Türkiyənin xarici və daxili siyasətdə atacağı addımlar əvvəlki kimi olmayacaq. Onun atdığı hər addımın Vaşinqtonda və hətta Trampın tez-tez qolf oynamaq üçün getdiyi ikinci evi olan Mayamidə necə reaksiya verəcəyi də vacibdir. Ərdoğan artıq “bir gecə ansızın gələ bilərik” ritorikasından uzaqlaşmağa başlayıb. Bu da situasiyanın nə qədər ciddi olduğunu göstərir.


-Suriyada İsrail və Türkiyə arasında balans necə qorunur? 

-İsrail Suriyada Fəratın qərbində və Hələbə qədər olan bölgədə Türkiyəyə müəyyən hərəkət azadlığı verir. Amma Şimali Suriyada PYD ABŞ-ın himayəsi altındadır. Eyni zamanda Qolan təpələrindən Dəməşqi müşahidə edən İsrail ordusu Türkiyənin fəaliyyət sahəsini daraldır. Tramp Ərdoğanın Suriyada qalib gəldiyini deyəndə, bu uğurun əslində tam bir qələbə olmadığını və Pirik Qələbə ola biləcəyini də söyləyir. Suriyada qalib gələn Ərdoğan olsa da, bu vəziyyətin əslində gələcəkdə daha böyük problemlərə yol açacağı, hətta Suriya üçün İsrail-Türkiyə müharibəsinin baş verə biləcəyi uzaq ehtimal deyil.  Oktyabrın 7-də həm Netanyahu, həm də Bayden “Yaxın Şərqdə heç vaxt əvvəlki kimi olmayacaq” dedilər. Bu yeni Yaxın Şərq tənliyində Tramp bu iki ölkəni bir müddət qarşıdurmadan xilas edə bilər, lakin heç nə dəqiq deyil. Ona görə də ABŞ-Türkiyə münasibətlərinin gələcəyi müəyyən mənada Ərdoğanla Netanyahu arasındakı münasibətdən asılı görünür. 


-Sonda deyə bilərikmi ki, Netanyahu Trampla görüşdən “məğlub” ayrıldı?

-Nəhayət, Ağ Evin Oval ofisində Netanyahu Trampın Ərdoğanla bağlı tərifli sözləri ilə qarnından çox ağır bir yumruq aldı. İndi sual budur: Netanyahu bu vəziyyətdən sakit şəkildə çıxacaq, yoxsa Trampı da yanında götürüb “kürd kartı” vasitəsilə Türkiyəyə qarşı əks-hücuma keçəcək? Bu vəziyyəti Amerika peşəkar güləşi ilə müqayisə etmək olar. Netanyahu hazırda rinqdən kənarda uzanan bir güləşçidir, Ərdoğan onun üzərindədir. Əgər Netanyahu Trampa “beşlik” versə, Trampın dost dediyi Ərdoğana qarşı necə reaksiya verəcəyini təxmin etmək çətin deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri