“Shaurma N1” daha 2 yeni restoran açacaq ÜNVANLAR
Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda fəaliyyət göstərən “Shaurma N1” restoranlar şəbəkəsi genişlənməsini davam etdirir. Şəbəkə yaxın vaxtlarda Bakıda daha iki yeni restoranını istifadəyə verməyi planlaşdırır.
Marja.az xəbər verir ki, yeni restoranlar “Park City Mall” və “Gala Shopping Village” ticarət komplekslərində açılacaq.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni filiallardan biri paytaxtın Şüvəlan–Mərdəkan yolu üzərində yerləşən “Gala Shopping Village”də, digəri isə “Park City Mall”da fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Shaurma N1”in sonuncu restoranı bu yaxınlarda Bakının Nərimanov rayonunda yerləşən “Metropark Mall” ticarət mərkəzinin 7-ci mərtəbəsində açılıb.
İllərin dəyişməyən ləzzəti!
Hazırda “Shaurma N1” şəbəkəsinin 31 restoranı fəaliyyət göstərir. Planlaşdırılan iki yeni filialın istifadəyə verilməsi ilə restoranların sayının 33-ə çatması gözlənilir.
Məlumat üçün bildirək ki, “Shaurma N1” brendi 1998-ci ildə fəaliyyətə başlayıb. Azərbaycanın yerli fast-food brendlərindən biri olan şirkət 28 illik fəaliyyəti ərzində restoran şəbəkəsini mərhələli şəkildə genişləndirib.
2026-cı ilin avqust-sentyabr aylarında şirkətin Nərimanov rayonunda, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Fəvvarələr meydanında yeni filiallarının açıldığı bildirilmişdi.
“Park City Mall” və “Gala Shopping Village”də açılacaq yeni restoranların dəqiq açılış tarixləri hələ açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 12 Oktyabr 2026 08:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















